GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan ABŞ-a Ələtdə azad ticarət zonasının təşkili istiqamətində əməkdaşlıq təklif edib

Azərbaycan ABŞ-a Ələtdə azad ticarət zonasının təşkili istiqamətində əməkdaşlıq təklif edib

Tarix: 15-04-2016, 00:34 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan ABŞ-a Ələtdə azad ticarət zonasının təşkili istiqamətində əməkdaşlıq təklif edib

Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatına dair məlumat verilib, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, eləcə də ABŞ-ın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatlara dəstək imkanlarına dair müzakirələr aparılıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə uğurla davam etdirilir: “ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də öz töhfəsini verir”. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini qeyd edən Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Nüvə Sammitində iştirak etmək məqsədilə ABŞ-a səfərinin və keçirdiyi görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. “ABŞ nümayəndə heyətinin Azərbaycana hazırkı səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən diqqətin göstəricisidir”, - deyə nazir vurğulayıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının, biznes və investisiya mühitinin yaxşılaşdırılmasının, sahibkarlara dəstək tədbirlərinin daha da gücləndirilməsinin prioritet olduğunu bildirib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, yerli istehsala dəstək artırılıb, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib və bu cür tədbirlər davamlı olaraq həyata keçirilir.

Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Ş.Mustafayev Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlərin görüldüyünü bildirib, USAİD və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif edib.

Apreldə Vaşinqtonda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” forumunun keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan Ş.Mustafayev daşımalar sahəsində fəaliyyət göstərən ABŞ şirkətlərinin bu dəhlizdən istifadə imkanlarını diqqətə çatdırıb. Bundan başqa, investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşınqayırması sahəsində birgə müəssisənin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Azərbaycanın iqtisadi sahədə gördüyü işləri müsbət qiymətləndirib, aparılan islahatların ABŞ tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Görüşdə səsləndirilmiş əməkdaşlıq təkliflərinin ABŞ üçün maraqlı olduğunu qeyd edən K.Tonq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ABŞ bazarlarına çıxarılması sahəsində işlərin genişləndirilməsinin, bu sahədə ABŞ Ticarət Palatası ilə əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Vaşinqtonda keçiriləcək forum da ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir

    ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir ...

    29-05-2018, 11:58

  • 
  • İ.Əliyev: 'ABŞ Azərbaycana 10 milyard yatırıb'

    İ.Əliyev: 'ABŞ Azərbaycana 10 milyard yatırıb' ...

    2-03-2017, 21:50

  • 
  • İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

    İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin ...

    31-05-2018, 12:44

  • 
  • İlham Əliyev: "Qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığı davam etdiririk "

    İlham Əliyev: "Qarşımızda heç bir maneə ...

    31-05-2017, 23:16

  • 
  • Elmar Məmmədyarov və ABŞ Dövlət Katibinin köməkçisinin görüşü olub

    Elmar Məmmədyarov və ABŞ Dövlət Katibinin ...

    25-09-2019, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu