GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bədrəddin Quliyev: “Türkiyə itirdiyi mövqeləri geri qaytarır”

Bədrəddin Quliyev: “Türkiyə itirdiyi mövqeləri geri qaytarır”

Tarix: 18-04-2016, 23:46 Bölmə :Ölkə Baxış: 0
Bədrəddin Quliyev: “Türkiyə itirdiyi mövqeləri geri qaytarır”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev T sualları cavablandırıb.

- Cəbhə bölgəsində baş verən əməliyyatlar barədə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri münasibətini ifadə etdi. Siz bu barədə nə düşünürsüz?

- Azərbaycan xalqının çoxdan gözlədiyi addım atıldı. Buna qədər bütün situasiya, daxili və xarici düşmənlər Azərbaycanın əleyhinə işləyirdi. Sizə deyim ki, 1990-cı ildən bu yana Azərbaycanın ayağa qalxmaması üçün xarici güclər bir çox cəhdlər edirdilər. Məqsəd xalqımızı parçalamaq, sındırmaq, onun qarşısına qoyduğu məqsədlərə çatmasının qarşısını almaq idi. Bizim Dağlıq Qarabağdan başqa 7 rayonumuz işğal ediib, bir milyon qaçqınımız var. 1993-cü ildə Əbülfəz Elçibəylə Süleyman Dəmirəl neft kontraktlarına dair niyyət protokolunu imzaladıqdan sonra Kəlbəcər işğal edildi. Bu işğal açıq şəkildə Azərbaycanın müstəqil addım atmasına qarşı idi. Sonrakı dönəmdə - 1994-1995-ci illərdə də belə addımlara cəhd göstərildi. Daxili və xarici satqınların nəticəsində biz bu qədər ərazilərimizi itirdik, xalqımız çox əziyyət çəkdi. Bəzə heç kəsin köməyi və dəstəyi olmadı. Neft kontraktını imzalamaqla Azərbaycan iqtisadi problemlərini həll etdi, yüksək səviyyədə ordu quruculuğu işinə girişildi, hərbi sənaye kompleksi quruldu. Bu işdə Türkiyə, İsrail və digər ölkələrlə əlaqə yaradıldı. Bu gün hərbi məktəblər, hərbi akademiya fəaliyyət göstərir, müasir hərb sənətinin sirləri öyrədilir, Azərbaycan NATO ilə sülh naminə əməkdaşlıq platformasında işləyir, xaricə sülhməramlı taborlar göndərir. Bir sözlə, Azərbaycan özünə güvənərək yüksək səviyyəli ordu yaradıb. Bütün bunlar ciddi addımlardır. BMT-nin Qarabağla bağlı 4 qətnaməsi var idi, ancaq bu sənədlərin icrası istiqamətində beynəlxalq ictimaiyyət addım atmırdı. Ermənistan isə danışıqlar prosesini maksimum uzatmaq və bundan bəhrələnmək istəyirdi. Erməni tərəfi düşünürdü ki, Azərbaycanda yetişən yeni nəsil var, bu ölkə məcbur olub onların diktə etdiyi şərtlərlə razılaşacaq və yeni nəsil Qarabağı unudacaq. Onlar gözləmirdi ki, bu xalq qısa müddətdə böyük əhval-ruhiyyə ortaya qoysun. Əslində sizə deyim ki, 1813 və 1828-ci il Türkmənçay və Gülüstan müqavilələrindən sonra xalqımızın daxilində hər zaman mübarizə gedirdi. Məsələn, SSRİ zəifləyən kimi bizim xalqımız ayağa qalxaraq öz milli haqları uğrunda mübarizəyə başladı. Və ya hələ çar zamanı, 1905-ci ildə imperiya tərkibində olan müsəlman xalqlarının qurultayı keçirilirdi və əslində milli oyanış müşahidə edildi. 1918-ci ildə cümhuriyyətin qurulması bunun nəticəsi idi. 1920-ci ildə işğal faktından sonra bizim 40 min ziyalımızı, varlı insanlarımızı güllələdilər, Sibrə sürgün etdilər. Amma SSRİ zəifləyən kimi xalqımız yenidən ayağa qalxdı. Bu həqiqətdir ki, bizim ayağa qalxmağımıza imkan verməməyə çalışıldı. Baxın, Bakı şəhəri 1918-ci ilin 15 sentyabrında azad olundu. Ancaq burada kommuna var idi, erməni daşnakları xalqı qırırdı. Nuru paşanın gəlişindən, milli hökumət Bakıya köçəndən sonra nisbətən müəyyən işlər görüldü. Təsəvvür edin ki, o dönəmdə general Tomson həftədə bir dəfə icazə verirdi və bundan sonra milli bayrağımız parlament binası üzərində qaldırılırdı. Amma Həbib Səlimovun rəhbərliyi altında qoşunlar Lənkəranda oldu, cənubda yaranan problemi aradan qaldırdı. Ordumuz Zəngəzurda olan erməni vəhşiliyinin qarşısını aldıqdan sonra Əsgəranda olan ermənilər ağ bayraq qaldırdı. Amma 1920-ci ilin aprel işğalızamanı ermənilər yenidən Dağlıq Qarabağda ayağa qalxdı. Biz müstəqillik əldə etdiyimiz, milli azadlıq hərəkatının getdiyi dönəmdə də Dağlıq Qarbağda erməni məsələsini ortaya atıldı. Müstəqilliyin ilk günlərdə ordumuz Qarbağda müharibə aparanda daxili və xarici düşmənlərimiz fəaliyyətə keçdi, ölkəmizi zəiflətməyə çalışdı. Nəticədə rayonlarımız işğal edildi. Məqsəd Azərbaycanın müstəqil olaraq siyasət aparmasının qarşısını almaq, onu öz təsiri altında saxlamaq idi. Neft müqaviləsinin imzalanması, kəmərlərin çəkilişi, dünyaya açılmağımız bizi bu durumdan çıxardı. Şükürlər osun ki, indi biz iqtisadi əlaqələrimizi qurmuşuq, ordu quruculuğu yüksək səviyyədə aparılıb, xalqımız ordumuza güvənir, güclü müttəfiqlərimiz var. Türk və islam dünyası ilə əlaqələrimiz yüksək səviyyədədir. Beynəlxalq hüquqa hörmət edən bütün ölkələrlə yüksək münasibətlər qurulub. Prezident İlham Əliyev ABŞ-da yüksək səviyyəli görüşlər keçirdi, regionda TAP, TANAP, Bakı-Tiflis-Qars dəmiryolu, Bakı-Astara-İran dəmir yolu çəkilişi kimi nəhəng proseslər aparılır. Başqa sözlə, regionun lider dövləti Azərbaycandır. Belə bir məqamda “bizdə varıq” mesajını düşmənlərimiz ermənini qızışdıraraq üstümüzə saldılar. Amma ordumuz çox cəsarətli, şərəfli bir addım atdı. Təsəvvür edin ki, Ali Baş Komandan Amerikada olduğu zaman ordumuz əməliyyat keçirdi. Xalqımız, ordumuz, millətimiz, generallarımız çox böyük iradə ortaya qoydu. Ermənilər və onların havadarları gözləmədiyi zərbə aldılar. Azərbaycan peşəkar döyüş taktikasını ortaya qoydu. Fikrimcə, bununla hesablaşmaq lazımdır. -

Ordumuzun bu addımı sonrakı gedişatda Azərbaycanı daha güclü tərəf kimi göstərə biləcəkmi?

- Önəmlisi odur ki, bu ərəfədə Azərbaycanda hamı bir nəfər kimi birləşdi. Vahid millət, vahid ordu yanaşması ortaya qoyuldu. Fikrimcə, bundan sonra hərbi, siyasi, iqtisadi, diplomatik baxımdaninkişaf dövrü olacaq. Məsələnin ikinci maraqlı tərəfi odur ki, 1990-1993-cü ildə bizdə olan gərginlik indi Ermənistanda müşahidə olunur. Yaxın dövrdə Ermənistanda hakimiyyət dəyişikliyi, daxili siyasi gərginliklər baş verəcək. Vaxtı ilə Ter Petrosiyan sülh danışıqlarında erməni tərəfini təmsil edirdi, razılığa gəlməyə meylli idi. Hətta o zaman separatçı Qarbağ rejiminin saxta parlamentində qərar qəbul etdirə bilmişdi ki, Dağlıq Qarabağa əvvəlki vilayət statusu verilməsinə etiraz olmasın. Lakin həmin ərəfədə regionda bizi sevməyən qüvvə Ermənistanda hakimiyyət dəyişikliyi etdi, iqtidara özünə daha sadiq siyasətçiləri gətirdi. Lakin indi fərqli zamandır. Azərbaycan islam dünyasında, türk dünyasında, Avropada özünə müttəfiqlər tapıb. Üstəlik Azərbaycan regionun mərkəzi halına gəlir. Bu mənada Azərbaycanla hesablaşmamaq qeyri-mümkündür. Üstəlik qənaətimə görə, Rusiya yaxın gələcəkdə öz maraqlarını əsas götürərək bizim parçalanmış xalq olduğumuzu ifadə etməyə və regionda bu istiqamətdə işləməyə çalışacaq.

- Prezident Putin çıxışlarının birində qonşu İranda 30 milyon azərbaycanlıların yaşadığını ifadə etmişdi...

- Bəli, siz tamamilə haqlısınız. Rusiya dünyanın nəhəng dövlətidir, indiyə qədər Suriyada fəaliyyəti ortada olub, kürd kartı ilə işləyib. Gələcəkdə Rusiya bu regionda daha böyük Azərbaycan məsələsini qabardacaq. Eləcə də onun İranla münasibətlərində gərginlik yaranacaq. Gözləyirəm ki, Rusiya İranda yaşayan köklü xalqlarla da işlər aparsın. Əlbəttə ki, bütün bunlar mənim gəldiyim qənaətlərdir. Əslində biz tarixə istinad etməliyik. Bildiyiniz kimi vaxtı ilə buna oxşar hadisə baş verib. Məsələn, II dünya müharibəsində İranda həm Pişəvərinin başçılığı ilə Milli Demokratik Respublika, həm də Kürdüstan qurulmuşdu. Amma sonra Rusiya İrandan çıxmalı oldu. Tarixdə belə hallar baş verib. İndisə regionun coğrafiyası dəyişir. SSRİ dağıldıqdan sonra Rusiya Avropadan, Baltik dənizi ətrafından çıxmalı oldu. Hazırda Suriya uğrunda mövqelərini qorumağa çalışır. Bu, beynəlxalq və geopolitik prosesdir. Rusiyanın dövlət maraqları tələb edəcək ki, öz ətrafında bufer zona yaradılsın. Yeri gəlmişkən, mən bir məqamı qeyd etmək istərdim. BMT Azərbaycan xalqını parçalanmış xalq olaraq tanıyıb. Rusiyanın, Amerikanın, Türkiyənin, Almaniyanın, İngiltərənin xarici işlər nazirliklərində cənubi Azərbaycan şöbəsi fəaliyyət göstərir. Bunu diqqətə alın. Burada bir çox maraqlar mövcuddur. Bizim üçün ən vacibi turançılıq, türkçülük marağıdır. Açığı, regionda kim Azərbaycanı dəstəkləyəcəksə, onun problemlərinin həllinə ən azı bitərəf qalacaqsa, Azərbaycanda buna müsbət cavab verəcək. Məncə, regionda gedəcək proseslərdə artıq erməni faktoru görsənməyəcək. Bundan sonrakı dövr bizim xalqımızın yüksəliş dövrü başlayır.

- Türkiyədə səfərdə olmuşunuz. Bu ölkədə az qala hər gün terror aktları olur. Bir çox ekspertlər iddia edir ki, Türkiyə vətəndaş müharibəsinə sürüklənir, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalacaq. Bu kimi halları müşahidə etdinizmi?

- 1923-cü ildə Lozanna sülh müqaviləsində Türkiyənin 100 il müddətinə üzərinə götürdüyü öhdəliklər var. Türkiyənin cənubunda enerji ehtiyatları var və Ankara bundan istifadə etməyib. Əslində sizə deyim ki, Səfəvilərlə Sultan Yavuz arasında baş verən müharibədən sonra Diyarbəkir və digər bölgələrdə olan oğuz türklərini sürgün etdilər. Bu gün Suriyada və İraqda olan türklər oğuz türkləridir. Əvəzində bu ərazilərə erməniləri və kürdləri köçürdülər. İndi 500 il keçdikdən sonra tarix təkrar olunur. Hazırda Türkiyəyə qarşı böyük bir separatizm var. Türkiyəni sevməyən qüvvələr PKK-ya dəstək ifadə edir və s. Amma hər kəs bir şeyin fərqində olmalıdır. Türkiyə “Yaxın Şərq” projesinin içindədir. Bu projedə istinad edilən ən önəmli oyunçulardan biri isə Türkiyənin prezidentidir. Türkiyə daxilində bütün sistem Ərdoğana bağlıdır. Çünki Amerikanın regionda əsas müttəfiqi Türkiyədir. Bu regionda nə baş veribsə, Türkiyə bu işlərin içində olub. Türkiyə Osmanlı dövründə itirdiyi mövqeləri indi geri qaytarır. Mən Balkanlarda və Yaxın Şərqdə itirilən mövqeləri nəzərdə tuturam. Hətta bura Orta Asiya və Qafqazı da aid edərdim. Sonuncu xəlifə bu ölkədən olub. Bu saat xəlifənin möhürü Türkiyənin əlindədir. Əgər əsrin əvvəlində Türkiyəyə qarşı ermənilər separatçılıq edirdisə, indi bu işi kürdlərin müəyyən təşkilatları həyata keçirir. Türkiyəyə qarşı separatçılıq edənlər isə bu ölkədə yaşaya bilməz. Separatçılığın baş qaldırdığı ərazilərdə işlər aparılır. Fikrimcə, Suriyadan gələn türkmənlərə bu ərazilərdə yaşamaq hüququ veriləcək və bu bölgə stabil bölgəyə çevriləcək. Məncə, kürd kartı oynamadığı üçün başqa kartlar ortaya atıla bilər. Hazırda Türkiyə ordusu və hakimiyyəti vəziyyətə nəzarət edir.

- Makedoniyada müxalifət aksiyalar keçirir. Bu ölkədə 100 minə qədər türk yaşayır və sizin onlarla müəyyən əlaqələriniz mövcuddur. Türklər bu prosesdə hansı formada iştirak edir?

- Makedoniya Türk Hərəkat Partiyasından olan millət vəkili Enis İbrahimlə dostluq əlaqələrimiz var. Onların təmsil olunduğu sosial demokrat koalisiyası mövcuddur. Bu koalisiya Makedoniya hakimiyyətinə əsas müxalifətdədir və bir müddət parlamentdə iştirak etmək istəmirdilər. Bu ölkədə əsasən Almaniyanın nüfuzu var. Bu yaxınlarda Makedoniyada seçkilər keçiriləcək. Sadəcə olaraq bu ölkədə 15-ə yaxın məmur siyasi proseslərdən uzaqlaşdırılmış, bəzilərinə cinayət işi açılmışdı. Bu yaxınlarda onlara bəraət verildi. İndi Makedoniyada hökumət evinin və parlamentin önündə aksiyalar təşkil edilir, hökumətin və prezidentin istefasını tələb edirlər. Biz arzu edərdik ki, Makedoniyada seçkilərdə bizim müttəfiq partiyamız uğur əldə etsin. Biz Enis İbrahimlə daima əlaqə saxlayır və vəziyyətlə tanış oluruq. Yəqin yaxın günlərdə bununla bağlı bir aydınlaşma olacaq.

- Hazırda İraq türkmənləri də arzu edilən durumda deyil. Türkmənlərin tarixi torpaqları İŞİD qüvvələrinin nəzarətindədir. Bu günlərdə xəbər yayıldı ki, İraq hökuməti türkmənlərin ərazilərini azad etmək məqsədilə hərbi əməliyyatlara başlayaraq Mosulu azad etmək niyyətindədir...

- Bizim cəbhədə əməliyyat gedən zaman İraq türkmənlərinin lideri Turxan Müftioğlu bizimlə əlaqə saxlayaraq, vəziyyətlə maraqlandı. Hazırda Müftioğlu İraq prezidentinin köməkçisi və aparatın rəhbəridir. Türkmənlərin strateji yeri Mosuldur və İŞİD tərəfindən tutulmuşdu. İndi bir tərəfdən İraq hökuməti, bir tərəfdən də Şimali İraq Kürd Muxtariyyəti bu ərazini İŞİD-dən azad etmək istəyirdi. Bir zamanlar Türkiyə burada müəyyən işlər həyata keçirmək istədi. Amma sünni və şiə faktoru buna ciddi maneə oldu. Hazırda Mosul ətrafında bəzi yerlər İŞİD-dən təmizlənib. Məsələ ondadır ki, bu ərazilərin sahibi türkmənlərdir. Ancaq onlar faktiki sahibsiz və dəstəksiz qalıb. Əlbəttə, türkmənlərin özlərinin özünümüdafiə dəstələri var. Əsasən Türkmən Xalq Partiyası İraq hakimiyyətində təmsil olunur və ölkənin bütövlüyü ideyasını müdafiə edirlər. Hesab edirlər ki, bu formada daha güclü ola və gələcəkdə itirilən torpaqları əldə edə bilərlər. Türkmən torpaqlarının bir hissəsi kürdlərin nəzarətindədir. Türkmənlər İraqın bütövlüyünün saxlanılması ilə mövqelərini gücləndirmək xəttini daha məqbul hesab edirlər. Ancaq reallıq odur ki, nə türk dünyası, nə də islam dünyası türkmənlərə lazımi dəstək verə bildi. Çünki bu proseslərə hazır deyildilər. Bu mənada türkmənlər ümidlərini mərkəzi İraq hakimiyyətinə bağlayıb. Ancaq onlara informasiya baxımından dəstək olmaq lazımdır. O da aydındır ki, hansı xalqın strateji hədəfi varsa, özünü qorumaq istəyirsə, hökmən öz hədəfinə çatır. Milli mücadilə aparan xalq özünə güvənməli, öz taleyini özü həll etməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar

    Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar ...

    5-10-2020, 11:03

  • 
  • AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur

    AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə ...

    27-11-2020, 10:11

  • 
  • Ermənistan 5 rayonu qaytarır?

    Ermənistan 5 rayonu qaytarır? ...

    13-11-2013, 10:17

  • 
  • Prezident: "Kəlbəcər işğaldan azad edildi"

    Prezident: "Kəlbəcər işğaldan azad ...

    25-11-2020, 12:16

  • 
  • Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları cavablandırıb

    Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları ...

    20-12-2018, 11:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu