GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "MTN işi" ilə bağlı daha bir GƏLİŞMƏ:Deputat Nəriman Əliyev həbs edilə bilər

"MTN işi" ilə bağlı daha bir GƏLİŞMƏ:Deputat Nəriman Əliyev həbs edilə bilər

Tarix: 20-04-2016, 23:27 Bölmə :Ölkə Baxış: 0
"MTN işi" ilə bağlı daha bir GƏLİŞMƏ:Deputat Nəriman Əliyev həbs edilə bilər

Akif Çovdarovun biznes ortağı olan deputat müxtəlif yollara baş vurmaqla diqqətləri üzərindən yayındırmağa çalışır

MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən bu şəxsin məsuliyyətə cəlb olunması an məsələsidir

70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevlə bağlı xeyli sayda qalmaqallı məlumat mövcuddur. Həmin məlumatların əksəriyyətinin əsasında dəqiq və konkret faktlar dayanır. Məsələn, bir müddət əvvəl deputatın MTN-nin həbsdə olan generalı Akif Çovdarovla əlaqələri barədə silsilə yazılar dərc olunmağa başladı.

Bildirildi ki, deputat Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra yaxın qohumu həbs olunub: «Millət vəkilinin bacısının əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə, hələlik yaxasını kənara çəkə bilib».

Həmçinin vurğulanır ki, Nəriman Əliyevin «Nur M» şirkəti uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərib. Bu şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub. Hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib. İddialara görə, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da var.

Məlumata görə, deputatın işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub: «Çovdarov olayına görə, təkcə deputatın kürəkəni deyil, həmçinin biznes ortağının şirkətdəki daimi nümayəndəsi də yaxalanıb. Onlara qarşı hansı maddə üzrə cinayət işinin açıldığı isə hələlik məlum deyil».

Gundelik-baku.com-un araşdırması zamanı məlum olub ki, məlum hadisələrdən sonra deputatın biznes şəbəkəsinə ağır zərbə dəyib və ona məxsus "Ştutqart" mağazalar şəbəkəsi iflas həddindədir: «Belə ki, bu məsələlərin üstünün açılmasından sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Yaxın günlərdə ümumiyyətlə mağazalarının hamısını bağlayacağı da yayılan məlumatlar sırasındadır. Hazırda "Ştutqart" mağazalarını deputatın yaxın qohumları işlədir. İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazaların kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart" mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş.

Himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədiyi üçün böyük ziyana düşdüyü deyilir». Bu arada, deputat bir müddət əvvəl Masallıda bir neçə böyük biznesmenlə üz-üzə gəlmək məcburiyyətində qalıb. Belə ki, hazırda Nəriman Əliyevlə Masallı Kərpic zavodunun müdiri Fəxrəddin adlı iş adamının maraqları ciddi şəkildə toqquşub. Eyni zamanda deputatın rayonun polis rəisi Nəriman İmanov və tanınmış iş adamı, "Embawood” şirkətinin sahibi Məşur Məmmədovla da münasibətləri gərginləşib.

Vəziyyət o həddə çatıb ki, deputat rəqiblərinə qarşı kompromat savaşına başlayıb. Məlumatda deyilir ki, adıçəkilən şəxslərə qarşı Nəriman Əliyev zaman-zaman mənfi münasibət sərgiləyib. Masallıdan Milli Məclisə mandat alan Əliyev rəqiblərinin Masallıda nüfuz qazanmasını heç cür həzm edə bilməyib və vaxtaşırı onlarla bağlı müəyyən dairələrə məlumat ötürüb.

Görünən odur ki, Nəriman Əliyev hazırda bir neçə tanınmış iş adamını hədəfə alıb. Ən son məlumatlarda isə bildirilir ki, rəqibləri biznesmen-deputatın bu özbaşınalıqlarından hüquq-mühafizə orqanlarına, həmçinin Milli Məclis rəhbərliyinə müraciət etməyi düşünürlər. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. ///Gundelik-baku.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Masallıda başçı ilə deputatın davası - Bədəlini camaat ödəyir

    Masallıda başçı ilə deputatın davası - Bədəlini ...

    29-12-2016, 21:13

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLAR

    Akif Çovdarovun cəzası elan edildi: 12 il ...

    30-10-2017, 19:13

  • 
  • Ali Məhkəmə MTN generallarının işinə baxacaq

    Ali Məhkəmə MTN generallarının işinə baxacaq ...

    7-11-2019, 16:24

  • 
  • Gürcüstandan Akif Çovdarova qarşı ŞOK İDDİA

    Gürcüstandan Akif Çovdarova qarşı ŞOK İDDİA ...

    31-10-2015, 22:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu