Hazırda Avropada mühacir həyatı yaşayan satirik yazar Mirzə Sakitin istər siyasi, istərsə də yaradıcılığında durğunluq müşahidə olunur.
Şair Moderator.az-a açıqlamasında bildirdi ki, o, heç nəyə baxmayaraq qələmi vasitəsi ilə fəaliyyətini davam etdirməkdədir:
“Məclisin aşağısı-yuxarısı olmadığı kimi siyasi fəaliyyət göstərməyin də yaxını-uzağı olmaz. Gücümüz çatan nə varsa da qələmin məhsulu ilə fəaliyyətimizə davam edirik, istər ictimai-siyasi məsələlərə, istərsə də dini məsələlərə öz təsirimizi göstəririk. Nəticə etibarı ilə az da olsa təbliğatımızın müsbət nəticəsini hiss edirik. Cəmiyyətimizin nəbzini tutmaq üçün ilk növbədə onları sevmək lazımdı. Bundan sonrakı fəaliyyətə gəldikdə isə heç kimin qarşısında öhdəlik götürməmişəm, təkcə öz vicdanımın hökmü ilə hərəkət edirəm və ölənə qədər də belə olacaq. Bu hakimiyyət gedəcək, yenisi gələcək, hakimiyyətin dəyişməsinin mənim fəaliyyətimə təsiri olmayacaq, mən yenə əvvəlki qaydada öz yazılarımı yazacam, tənqidlərimi bollaşdıracam. Arzu edirəm ki. ölkəmizdə haqq-ədalət bərpa olsun, mənim də tənqidlərim bir az məzuniyyətə çıxsın.”
Sorğu
Yeni dizaynımız necədir?