“Mənim gəlirim yoxdur, öz gəlirim ara-bir olur. Ancaq ailəmin və yaxınlarımın gəliri var. İndi elə böyük gəlirə də ehtiyacım yoxdur”.
Bu sözləri Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və Müstəqillik Aktına imza atan deputatlardan biri Etibar Məmmədov “Publika.Az”a müsahibəsində deyib.
Pedaqoji fəaliyyətlə məşğul olmadığını deyən E.Məmmədov siyasi fəaliyyətə də ehtiyac qalmadığını bildirib. Özündən sonra yeni nəsil yetişdirməklə bağlı suala isə MİP-nın lideri belə cavab verib:
İstər müxalifətdə, istərsə də hakimiyyətdə olan mənim yetişdirdiyim adamlar çoxdur. İndi onlardan bəziləri rəqib partiyada təmsil olunmasına baxmayaraq, mən bundan məyus olmuram. Çünki insanlar nə qədər inkişaf edib irəli gedərsə, bu daha yaxşıdır. Mən istəyirəm ki, onların da arasından liderlər çıxsın. Əgər onlardan hər hansı biri lider kimi özünü göstərə bilsə, mən buna çox sevinərəm.
Hazırda müxalifət və iqtidarla münasibətlərinin normal olduğunu deyən E.Məmmədov gələcək planları və siyasi fəaliyyətini bərpa-edib-etməyəcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?