GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » FHN rəhbəri adından dələduzluq

FHN rəhbəri adından dələduzluq

Tarix: 22-04-2016, 00:49 Bölmə :Ölkə Baxış: 0
FHN rəhbəri adından dələduzluq

Özünü nazrin adamı kimi təqdim edərək həmkəndlisini pulunu mənimsəyən şəxsə cəza verildi

Özünü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı kimi təqdim edərək vətəndaçlara qarşı dələduzluq edən Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Seymur Əhmədov 2012-ci ilin iyul ayının ortalarında yaşadığı Saatlı rayonunun Dəllər kəndində həmkəndlisi Sadiq Sadıqovu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaxın adamının olmasına inandırıb. O, Sadiqə Kür və Araz çaylarının daşması ilə əlaqədar su basması nəticəsində qəzalı vəziyyətə düşmüş evinin əvəzinə həmin nazirliyin hesabına yeni ev tikdirəcəyini vəd edib. Seymur Əhmədov Sadiqi aldatma yolu ilə 3000 manat pulunu ələ keçirib.

Seymur Əhmədov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Cinayət işi Saatlı Rayon Məhkəməsində araşdırılıb.

Seymur Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, bildirib ki, Saatlı rayon Nərimankənd kəndində qeydiyyatda olmaqla rayonun Dəllər kəndində yaşayır. Onun sözlərinə görə, Sadiq Sadıqov onun həmkəndlisidir: “2012-ci ilin iyul ayının ortalarında xəstəliyim ilə əlaqədar pula ehtiyacı olub. Bunu üçün Sadiq Sadıqovdan müxtəlif vaxtlarda ümumilikdə 3000 manat borc pul almışam. Maddi imkanım olmadığı üçün həmin pulu Sabiq Sadıqova qaytara bilməmişəm. Buna görə də peşmançılıq çəkirəm və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verirəm”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Sadiq Sadıqovun sözlərinə görə, anası Lumuxanım Sadıqova və bacısı Yaqut Sadıqova ilə birlikdə Saatlı rayonunun Dəllər kəndində yaşayır: “Təqsirləndirilən şəxs Əhmədov Seymur Seyfulla oğlu həmkəndlimdir. 2010-ci ilin may ayında baş vermiş su daşqını ilə əlaqədar evimizin divarı doldurma palçıqdan

olduğu üçün yararsız vəziyyətə düşmüşdü. Həmin daşqından sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən komissiya təşkil edilərək su daşqınından zərər çəkmiş evlərə, o cümlədən mənə məxsus həmin evə ardıcıl olaraq üç dəfə baxış keçirilib. Növbə ilə bizim də evinin tikiləcəyini bildirsələr də, yeni ev tikilməyib”.

Zərərçəkmiş bildirib ki, 2012-ci ilin iyul ayında Seymur Əhmədov ilə görüşüb: “Seymur Əhmədov Fövqəladə Hallar Nazirliyində yaxın adamının olmasını və həmin adamın vasitəsi ilə bizə yeni ev tikilməsində köməklik edə biləcəyini bildirdi. Seymur Əhmədov həmçinin bizə yeni ev tikilməsi üçün 3000 manat pul lazım olmasını, lakin həmkəndli olmasını nəzərə alaraq bu işi 2500 manata həll edəcəyini də bildirdi. Bundan bir neçə gün sonra 1000 manat pulu Seymura verdim, 2 günə qalan pulu da verəcəyimi dedim. 2 gündən sonra şəxsi təsərrüfatımda olan 15 baş qoyunu sataraq qalan 1500 manat pulu da Seymur Əhmədova verdim. Həmin vaxt Seymur məni Saatlı rayon Nərimankənd kənd icra nümayəndəsi vəzifəsində işləyən Dadaşov Yusif Balağa oğlunun yaşadığı küçəyə gətirdi. Orada gözləməyimi bildirərək bu barədə danışıqlar aparması üçün Yusiflə görüşməsini dedi. Bir neçə dəqiqədən sonra Seymur yanıma qayıdaraq yaxın günlərdə ev tikiləcəyini bildirdi”.

Sadiq Sadıqov əlavə edib ki, 10 gündən sonra Seymur Əhmədovla əlaqə saxlayıb: “Seymur 2 aydan sonra onlara ev tikiləcəyini dedi və 2 aydan sonra Seymurla yenə də əlaqə saxlaydım. Bu zaman Seymur əlavə olaraq 500 manat da pul istədi. Həmin pulu Seymura verdim. Lakin bizə ev tikilmədi. Bundan bir neçə ay sonra Yusif Dadaşovla görüşdüm. Yusif Seymurun məni aldatmasını və pulunu Seymurdan almağımı dedi. Bundan sonra Seymurun evinə gedərək ondan pulunu tələb etdim. Seymur Yusifin kömək edə bilmədiyini və məndən aldığı pulu başqa şəxsə verdiyini dedi. Həmin vaxtdan xeyli müddət keçsə dəŞ bizə yeni ev tikilməyib. Seymur Əhmədovun məni aldatmasını bilərək bu barədə Saatlı rayon polis şöbəsinə şikayət etdim. Seymur Əhmədov aldadaraq məndən aldığı pulu qaytarmayıb. Bu səbəbdən Seymur Əhmədova qanuni cəza verilməsini xahiş edirəm”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Yusif Dadaşov bildirib ki, Saatlı rayon Nərimankənd kəndində yaşayır: “2000-2012-ci illərdə Saatlı rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd İcra Əərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişəm. Sadiq Sadıqov və Seymur Əhmədov mənimlə qonşu kənddə, yəni Dəllər kəndində yaşayırlar. 2010-cu ildə baş vermiş Kür və Araz çaylarındakı su daşqını ilə əlaqədar kəndlərdə olan evlərə ziyan dəyib, həmçinin də Əhmədov Seymur Seyfulla oğlunun evi qəzalı vəziyyətə düşübr. Bir müddət bundan əvvəl Sadiq Sadıqovla görüşdüm. Sadiq Fövqəladə Hallar Nazirliyinin vəsaiti ilə yeni ev tikilməsində köməklik etmək məqsədi ilə Seymur Əhmədova 3000 manat pul verdiyini bildirdi. Sadiq həmçinin Seymurla birlikdə mənim evimə gəlməsini və Seymurun həmin iş üçün pulu verdiyini dedi. Həmin vaxt Seymurun mənə pul vermədiyini və Seymurun aldatdığını Sadiqə bildirdim. Seymurdan pulunu geri almasını dedim”.

Məhkəmənin hökmü ilə Seymur Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Seymur Əhmədovun vəkili R. Musayev apelyasiya şikayəti verib.

Vəkil qeyd edib ki, Seymur Əhmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsiri məhkəmə baxışı zamanı sübuta yetirilməyib: “Seymur Əhmədovun məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edərək ona bəraət verilməsini xahiş edirəm”.

Vəkil apellyasiya şikayəti onunla əsaslandırıb ki, Seymur Əhmədov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, güya o, 2012-ci ilin iyul ayının ortalarında yaşadığı Saatlı rayonunun Dəllər kəndində həmkəndlisi Sadıqov Sadiq Əlirza oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaxın adamının olmasına inandırıb və Kür və Araz çaylarının daşması ilə əlaqədar su basması nəticəsində qəzalı vəziyyətə düşmüş evinin əvəzinə həmin nazirliyin hesabına yeni ev tikdirəcəyini vəd edib, aldatma yolu ilə 3000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq

etdib: “Müdafiə tərəfi olaraq Saatlı rayon Məhkəməsinin hökmünü ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə istintaqı zamanı Seeymur Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Sadiq Sadıqovla həmkəndlidir. 2012-ci ilin iyul ayının ortalarında xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün Sadiq Sadıqovdan müxtəlif vaxtlarda ümumilikdə 3000 manat borc pul alıb, maddi imkanı olmadığına görə halhazıra kimi həmin pulu qaytara bilməyib. Buna görə də peşmançılıq çəkir. Məhkəmə bu halları nəzərə almadan və Cinayət-Prosessual Məcəlləsinin 21.1, 21.2, 21.3 və 145.3-cü maddələrinin tələblərinə uyğun olaraq Seymur Əhmədovun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilməməsinə baxmayaraq, sonuncu barəsində əsassız ittiham hökmü çıxarıb”.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı Səyavuş Sadıqov apelyasiya şikayətini qəbul etməyib. O, bildirib ki, Seymur Əhmədovun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilib: “Onun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilib, Seymur Əhmədovun qeyd olunan maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması birinci instansiya məhkəmə istintaqında araşdırılmış sübutlarla tam təsdiq olunub. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterini nəzərə alaraq, məhkum olunmuş şəxsə qanuni və ədalətli cəza təyin edib. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş edirəm”.

Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Seymur Əhmədov və müdafiəçisi Kənan Əbdürəhmanov apelyasiya şikayətini müdafiə edib, apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış ediblər.

Sonda hakim heyəti apelyasiya şikayəti üzrə qərar açıqlayıb. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21

  • 
  • Prokuror Seymur Həziyevə cəza istəyib

    Prokuror Seymur Həziyevə cəza istəyib ...

    22-01-2015, 20:53

  • 
  • "Akif Çovdarov işi"ndə zərərçəkmişə qarşı dələduzluq edən şəxsə bəraət verilib

    "Akif Çovdarov işi"ndə zərərçəkmişə ...

    24-12-2018, 20:42

  • 
  • Bakıda holdinq rəhbəri tutuldu

    Bakıda holdinq rəhbəri tutuldu ...

    18-11-2015, 18:32

  • 
  • FHN rəhbəri adından dələduzluq

    FHN rəhbəri adından dələduzluq ...

    13-09-2017, 16:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu