Zəlzələdən zərərçəkən vətəndaşı aldadan gəncin cəzası niyə yüngül oldu?
Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin adından istifadə edərək dələduzluq etməkdə ittiham olunan 1989-cu ildə Qazaxıstan Respublikasında anadan olan Elvin Hekalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Elvin Hekalov Balabəy İbrahimovun külli miqdarda pulunu ələ keçirmək məqsədilə ona Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu deyib. O, Balabəy İbrahimovun etibarını qazanaraq 2014-ci ilin aprel ayının əvvəlində Zaqatala şəhəri A.Qardaşov küçəsi 20 ünvanda yerləşən və zəlzələdən zərər görmüş evini 10500 manat müqabilində sökdürüb, dövlət vəsaiti hesabına yenidən tikdirməklə bağlı əvvəlcədən onunla razılaşıb. Həmin pulun 3500 manatını 2014-cü ilin aprel ayının əvvəlində, 7000 manatını isə bir həftədən sonra Balabəy İbrahimovun yaşadığı Zaqatala şəhəri A.Qardaşov 20 ünvanda yerləşən evində alıb. Bu vədinə əməl etməyərək vətəndaşın pulunu ələ keçirib. Balabəy İbrahimov aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Elvin Hekalov həbs edilib. Elvin Hekalov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli midqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Elvin Healov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün dəyişdirilməsini, cəzasının həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Bu qərardan kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib. Qərarından məhkum kasasiya şikayəti verərək qərarın dəyişdirilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Məhkum kasasiya şikayətini onunla əsaslandırib ki, borclu olduğu pulun 2000 manatını şikayət etməmişdən əvvəl, 8500 manatını isə barəsində həbs qətimkan tədbiri seçildikdən 4 gün ərzində zərərçəkmiş şəxsə ödəyib: “Hal-hazırda zərərçəkmiş şəxsin mənə qarşı heç bir mülki iddiası yoxdur. Bununla əlaqədar zərərçəkmiş şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinə verdiyi notarial qaydada təsdiqlənmiş sənəd verib. Göstərdiklərimlə yanaşı, 2 azyaşlı övladım var. Ailənin yeganə gəlir gətirəniyım. Törətdiyim əməldən peşmanam”. Elvin Hekalovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Elvin Hekalovun şikayəti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?