Fars rejimindən həyasız bəyanat: “Azərbaycan hökumətini İran əleyhinə fəaliyyətə son qoymasa, Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq”
“Azərbaycan rəhbərliyinə xəbərdarlıq edirik ki, onlar öz yanlış addımlarından əl çəkməsələr, parlamentdə rüsvayçı və bizə zorla sırınmış Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq”. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran parlamentini iclasında çıxışında Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur deyib. N. Qazipur Azərbaycan hökumətini “İran əleyhinə yönəlmiş” fəaliyyətə son qoymağa çağırıb. O bildirib ki, əks halda İran parlamenti hökumətdən Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsi qəbul edəcək. N. Qazipurun fikrincə, Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq İrandan ayrılmış Azərbaycan şəhərlərinin sakinləri arasında referendum keçirilsə, onlar İranın tərkibinə daxil olmağa səs verər. Qeyd edək ki, Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı ikiyə bölüb. Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan İranın əsarəti altına düşüb. Təxminən 200 ildən sonra Şimali Azərbaycan müstəqlliyini əldə etsə də, Cənubi Azərbaycan hələ də İranın- fars rejimini işğalı altındadır. Belə bir şəraitdə İran parlamentini üzvünün Azərbaycan rəhbərliyini Gülüstan və Türkmənçay müqavilələri ilə təhdid etməsinə həyasızlıqdan başqa ad vermək mümkün deyil. Yəqin ki, rəsmi Bakı bunun cavabını verəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?