GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MTN-də mənə işgəncə verdilər ki, törətmədiyim cinayəti boynuma alım”

“MTN-də mənə işgəncə verdilər ki, törətmədiyim cinayəti boynuma alım”

Tarix: 25-04-2016, 15:07 Bölmə :Ölkə Baxış: 0
“MTN-də mənə işgəncə verdilər ki, törətmədiyim cinayəti boynuma alım”

Azərbaycanlı əsirlərə işgəncə verən ömürlük məhkumdan şok etiraflar

Şuşa həbsxanasında əsirlərimizə işgəncə verməkdə ittiham olunan Rauf Eyvazov 16 il sonra günahsız olmasından danışır

Şuşa həbsxanasında azərbaycanlı əsirlərə işgəncə verərək Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Rauf Eyvazov Qobustan Həbsxanasında saxlanılır. O, əsirlikdə olan zaman “Romik” ləqəbi ilə tanınıb. Eləcə, sonradan Rauf Eyvazov Azərbaycan tərəfə qaytarılıb. Qaytarılandan sonra onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Həbsxanada ömürlük cəza çəkən Rauf Eyvazov günühsız olduğunu və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şərləndiyini iddia edir. Rauf Eyvazov günahsız olması ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir nüsxəsini redaksiyamıza göndərib.

Rauf Eyvazov müraciətində qeyd edib: “Möhtərəm prezident, mən 2000-ci ildə başqa bir işlə 5 il həbs cəzasına məhkum olunmuşdum. 2004-cü ilin may ayında Qobustan həbsxanasından Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılaraq, xəbərim olmadan törətmədiyim cinayət işi ilə təxsirləndirildim. Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində barəmdə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi açıldı və işim Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərdilər. Orada mənə ömürlük həbs cəzası verildi. Mənim günahım olmadan verilən həbs cəzasından appelyasiya şikayəti etdim”.

“Etmədiyim cinayəti boynuma almadım”

Şikayətçi qeyd edib ki Appelyasiya Məhkəməsinin 7 oktyabr 10.2004-cü il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşə Üzrə Hərbi Məhkəmənin hökmünü təsdiq edib: “Bir daha mən Ali Məhkəməyə kassasiya şikayəti yazdım. 9 iyun 2005-ci ildə Ali Məhkəmədə məhkəmənin qərarını təsdiq

etdi. Mən Ali Məhkəmənin Plenumuna şikayət ərizəsi yazdım. Qeyd etdiyim məhkəmələrin qərarını Plenumda təsdiq etdi”.

Rauf Eyvazov bildirib ki, MTN-də olmazın işgəncələrə məruz qalıb: “MTN-də mənə işgəncə verdilər ki, törətmədiyim cinayəti boynuma alım. Lakin mən etmədiyim cinayəti boynuba almadım. Mənim işimi aparan müstəntiq Mehrəliyev Vidadi və onun qruppunda olan MTN-nin zabitləri, kapitan rütbəsində olan Mahir, mayor Elşad, mayor Teymur yalançı şahidlər gətirərək üzümə durğuzdurdular. Bu yalançı şahidlərdən ancaq keçmiş dostumu Məmmədov Əbdüləzim Məcid oğlunu tanıyırdım”.

“Erməni dilini bilmirəm”

Rauf Eyvazov əlavə edib ki, MTN-də və məhkəmə istintaqı zamanı guya onun 12 il axtarışda olub: “Bu illərdə 1991-ci ildən 2003-ü ilədək təsadüf edir. Halbu ki, mən 1991-ci ildən 2003-ü ilədək, 1991-ci ildən 1995-ci ilədək 691 saylı hərbi tikinti batalyonunda sıravilikdən starşina rütbəsinə kimi boynuma düşən hərbi xidməti yerinə yetirmişəm və dəfələrlə hərbi rəislərin tərəfindən təşəkürnamələr və digər həvəsləndirici təşəkkürnamələrlə, 1995-ci ildə ailə vəziyyətimə görə Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətdən azad olmuşam. MTN-i necə olur ki, 1991-ci ildən 1995-ci ilədək Bakıda olduğum halda, məni tutmayıblar? Əsgərlikdən verilən 10 günlük ezamiyyətdə evimdə, qohum və ailəmin yanında olmuşam. Hansı səbəblə və hansı maraqla mənə verilən ezamiyyət günlərində tək getməli idim Qarabağa döyüşə və əsir düşməliydim? 1995-ci ilin may ayında Nəsimi rayonuna qeydiyyata düşdüm. 1995-ci ilin iyun-iyul aylarında qeydiyyatdan çıxaraq Rusiya Federasiyasının Belqorod şəhərinə getdim. Orada ailəmlə birlikdə qeydiyyata düşdüm. Rusiya vətəndaşlığını qəbul etmişik. MTN-də aparılan istintaq zamanı və məhkəmə istintaqı zamanı ailəvi dostum Məmmədov Əbdüləzim ifadər verərərkən məni ancaq Şuşa türməsində görüb və ona işgəncə verməyimi deyib. Onun dediyinə görə, orada tək erməni əsgərlərinə erməni dilində əmr verirdim, əsirləri döyün, işgəncə verin, yemək verməyin, halbuki mən erməni dilini bilmirəm”.

Ömürlük məhkum daha sonra məktubunda dostu Əbdüləzimin ifadəsi əsasında həbs olunduğunu qeyd edir: “Əbdüləzim məni 1998-ci ildə əlillərin bərpası xəstəxanasında gördü və 2000-ci ildə MTN-ə gedərək məni tanıdığını deyəyərək, adamı da Romik kimi qələmə verdi. Ancaq biz bir-birimizi yaxşı tanıyırdıq, ailəvi dostluq edirdik. Onun oğlunu 2000-ci ilin mart ayında Semaşko xəstəxanasına operasiyaya aparmışam və bunun sübutu var. Dostum Əbdüləziz deyir ki, mənimlə dostluq etməyib və məni tanımır. Əbdüləzimlə dostluq etdiyim haqda şahid və çoxlu şahidlərim var. Əbdüləzim Məmmədov MTN-də və məhkəmə istintaqı zamanı deyib ki, məni xəstəxanada gördükdən sonra Şuşa türməsində yatan yoldaşlarına deyib ki, Romiki tapıblar. Bunlar 2002-ci ildə MTN-ə gedərək bu haqda şikayət ərizəsi yazıblar. Əbdüləzimin sözü ilə mənə cinayət işi açıldı. MTN-də istintaq zamanı Əbdüləzim və Şuşa Türməsində olan kamera yoldaşları üzləşdiriləndə məni Romik kimi tanıyıblar və üzümə durublar. Mənə aydın deyil ki, Əbdüləzim məni bu hadisədən sonra tanıdı. Bu halda mənimlə ailəvi dostluq niyə edirdi? Nə üçün mənə belə dəhşətli böhtan atır? MTN-də və məhkəmə istintaq zamanı mənim yalançı şahidlərim eyni gündə və eyni saatda məni başqa paltarlarda görüblər. Onları əlimdə olan avtomatla, dubinka ilə, od parçası ilə döymüşəm. Bu yalançı şahidlərin hər biri ayrılıqda başqa-başqa sözlər deyirlər və sözləri bir-biriilə düz gəlmir. Əsirlikdə ola-ola məlum olur ki, məndə avtomat silah və dubinka olub? Necə olur ki, əsir ola-ola mən erməni əsgərlərinə erməni dilində əmr vermişəm? MTN-də, məhkəmə dəbu uyğunsuzluğsuzlara və sənədi olmayan böhtanlara fikir verməyib. Mənim işim düzgün aparılmayıb”.

“Nə Vətənə xəyanət etmişəm, nə də döyüş bölgəsində olmuşam”

Rauf Eyvazovun sözlərinə görə, ümumiyyətlə bu cinayətdən xəbərim olmayıb: “Qeyd etdiyim bu cəllad zabitlər mənə dedilər ki, onurğa sümüyümün axırını əzmişik, xərçəng olub öləcəksən. Mən belə başa düşürəm ki, MTN-nin müstəntiqi özünün işini yüngülləşdirmək üçün açıq qalmış işi bağlamış və bunun üçüm də özünün qabiliyyətli işçi olduğunu öz rəisinə sübut etmək xatirinə edib. Bu səbəbdən məhkəməyə sifariş edilmişdir ki, lazım olan, mövcüd hökmü çıxarsın.

Mənim üstümə atılan, cinayət olan zaman, mən Bakıda yerləşən 691 saylı hərbi tikinti batalyonunda 1995-ci ilin əvvəlinə kimi hərbi xidmətdə olmuşam. İstintaq zamanı müstəntiqə dedim ki, mən Romik deyiləm, lakin mənə tutulmamışdan əvvəl deyirdilər ki, mən Romika çox oxşayıram. Romiki tanyanalamları həm istintaq zamanı, həm də məhkəmı zamanı təkid etdim ki, çağırsinlar və mənimlə üzləşdirsinlər, onlar Romikin kim olduğunu deyərlər, Romik nə işlə məşğul olduğunu deyərlər. Lakin mənə məlum olmayan səbəbə görə nə istintaq zamanı, nə məhkəmə zamanı mənim dediyim şahidlər çağırılmadı. Günahsız olaraq məni hərbi məhkəmə ömürlük həbs cəzası verdi. Hakim lazımi qaydada işin aparılmasına mane oldu. Verdiyim vəsatətlətimin heç birini qəbul etmədən və CPM-ni kobud surətdə pozaraq, mənim müdafiəm üçün vəkilim olmadığı halda MTN-nin qanunsuzluq və vəhşiliklərini qanuniləşdirərək dörd gün davam edən məhkəmə prosesi ilə bitirərək mənə qanunsuz olaraq ömürlük cəza hökmünü verdilər. Hakim heç maraqlanmadı ki, Qarabağda mən hansı batalyonda olmuşam, kimlərlə Qarabağa döyüşə getmişəm? Bədənimin hansı hissəsindən yaralanmışam? Yaralanan vaxtı necə və kimlər məni əsirlikdən qurtarıb? Əsirlikdə guya yaralı olaraq, necə işgəncələr vermişəm? Döyüş bölgəsində və əsirlikdə cəmi 3 gün müddətində bütün bu hadisələri törətmişəm? Bu 3 gün ərzində tək döyüş batalyonuna yazılmış, bəs hanı sənədlər? Döyüş bölgəsinə gəlmiş, orada döyüşmüş, orada yaralanmış, əsir düşmüş, əsirlikdə işgəncə vermiş, əsirlikdən azad olunaraq Bakıya 691 saylı tikinti batalyonubna qayıtmışam? Heç bir insan 3 gün ərzində bunları görə bilməz, hətta sehirbaz olsa belə. Halbuki istintaq və məhkəmənin məni təqsirli bildiyi bu 3 günlük də alibisi var, şahidlər bunu təsdiq edirlər. Nə istintaq, nə də məhkəmə şahidləri çağırıb dindirmədilər, yalançı şahidlərin danışıqları da müstəntiq tərəfindən nə qədər öyrədilmiş də olsa, yalan danışdıqları açıq-aşkar seçilir, lazım olan şahidlərin çağıırılmamasında bir daha müstəntiqlərin sifarişi ilə məhkəmənin verdiyi hökmün qərəzli olduğunu sübut edir. Mən nə Vətənə xəyanət etmişəm, nə də döyüş bölgəsində olmuşam, nə yaralanmışam, nə də əsir düşmüşəm. Məni yalan təqsirlərlə və

böhtanlarla məhkəməyə çıxartmışdılar, yoxlanmamış saxta subutlarla təqsirsiz olaraq məhkum etmişlər”.

“Mənfi propaqanda aparırdılar ki, mənə xalq nifrət etsin”

Ömürlük məhkum bildirir ki, məhkəmədən tibbi ekspertizası tələb edib: “Tələb etdim ki, ekspertiza mənim haradan yaralandığımı təsdiq etsin. Ümumiyyətlə mən yaralanmışammı? Ancaq mən heç bir zaman, heç bir yerdən yaralanmamışam, ədənimdə heç bir cızıq da yox idi. Hakim məni ekspertizaya göndərməli idi ki, istintaqın və şahidlərin yalanını ifşa etsin. İşimlə əlaqədar olaraq ANS telekanalında mənə qarşı mənfi propaqanda aparırdılar ki, mənə xalq nifrət etsin. Beləliklə məni yox etmək istəyirlər ki, bu qondarma işi ört-basdır etsinlər. Təqsirləndirilən şəxc kimi mənim CPM-də maddə nin 90.12.5; 91.5.4; 91.5.7; 91.5.8; 91.5.8; 91.5.9; 91.5.13; 91.5.16, 91.5.18, 91.5.19; 91.5.20; 91.5.22;91.5.27; 91.5.30; 91.5.32; 91.5.36; 91.5.38;.91.5.39; 91.6; 91.7-ci maddələrində nəzərdə tutulan bütün hüquqlarım pozulub. Müdafiəçimin olmadığı üçün bütün aşağıda göstərilən maddələrdə həqiqətin aydınlaşdırılmasına kömək edə biləcək qanuni haqqımdan da məhrum olunmuş halda istintaq və məhkəməni tez- tələsik başa vurub günahsız olaraq ömürlük cəzaya məhkum etdilər. Konstitusiyasının 26; 28; 32; 41; 60, 61, 62, 63; 64; 66; 67; 71-ci maddələrinə əsasən, bütün hüquqlarım tam pozularaq, saxta şahidlərin ifadələrinə əsasən, vəkil təyin edilərək, hüququ yardım göstərilmədən ağır cəzaya məhkum olunmuşam. Mülkü Prosessual Məcəlləsinin 7-ci bölməsinə əsasən 76.1; 76.2; 76.3; 77.1-i kobud pozulzulmasını və eyni zamanda apelyasiya şikayətimə baxılmasında qanunda göstərilən hüquqlqrımı pozulmasına yol verilib və əvvəlki qanunsuzluqlar təkrar olundu. Apelyasiya qaydasında məhkəmə qərarlarına baxılması barədə 381, Appelyasiya şikayətinə baxılması prosesində 391.1-də göstərilən müddəalar pozularaq əvvəlki məhkəmənin hökmü təsdiq olunub. Həmçinin CPM-nin 419-cu maddəsinə əsasən kassasiya şikayətimə mahiyyəti üzrə baxılması zamanı da 419.2. maddənin müddəaları pozularaq, dövlət ittihamçısının prosesdə iştirakını təmin edib, mənim isə məhkəmədə iştirakım təmin olunmadan iddam təmin olunmadı. Ali

Məhkəmənin Plenumu tərəfindən də bu kobud qanun pozuntuları təsdiq etdi”.

Rauf Eyvazov qeyd edib ki, Azərbaycan Respublikası ümumbəşəri insan huquqları bəyənnaməsinə qoşulub və 15 aprel 2002-ci ildən insan hüquqlarını müdafiə edən Avropa Konvensiyasına qoşulub və bununla bağlı öhdəliklər götürüb: “Cənab prezdent nəzərinizə çatdırmaq istərdim ki, bütün qanunsuzluqlarla əlaqədar Azərbaycan hüquq-mqdafiə və məhkəmə orqanları tərəfindən Konstitutsiyasının 90.12.5; 91.5.4; 91.5.7; 91.5.8; 91.5.8; 91.5.9; 91.5.13; 91.5.16, 91.5.18, 91.5.19; 91.5.20; 91.5.22;91.5.27; 91.5.30; 91.5.32; 91.5.36; 91.5.38;.91.5.39; 91.6; 91.7-ci maddələrində və İnsan Hüquq və azadlıqlarına dair Avropa Konvensiyasının qanunlarında qəbul olunmuş qanun, hüquqları kobud surətdə pozulduğunu nəzərə alnmasasını istəyirəm. Xahiş edirəm ki, mənim işim araşdırılaraq, qanunamüvafiq qaydada hüquqlarımın bərpa edilməsinə kömək göstəilsi. Möhtərəm prezident, sizdən artıq dərəcə xahiş edirəm, qanunda nəzərdə tutulmuş qaydada mənim vəkillə təmin olunaraq, işimi məhkəmə qaydasında yenidən araşdırıb, mənə tətbiq olunan ittihamların həqiqətləri əks etmədiyini şahid və rəsmi sənədlərlə sübut edib, barəmdə qeyri-qanuni çıxarılmiş hökmlə mənə verilmiş cəzanın qalan hissəsindən azad olunmağıma mənə kömək edəsiniz”.

Taryel Bayramov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rauf Mirqədirova 6 il iş verildi

    Rauf Mirqədirova 6 il iş verildi ...

    28-12-2015, 21:09

  • 
  • Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

    Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum ...

    16-12-2015, 18:05

  • 
  • Vilayət Eyvazov Bakıda polis rəisini vəzifədən çıxardı

    Vilayət Eyvazov Bakıda polis rəisini vəzifədən ...

    23-04-2020, 22:19

  • 
  • Mətbuat Şurasının sədri Rauf Mirqədirovun məhkəməsindən danışıb

    Mətbuat Şurasının sədri Rauf Mirqədirovun ...

    5-11-2015, 19:13

  • 
  • Vilayət Eyvazov rəis müavini təyin etdi

    Vilayət Eyvazov rəis müavini təyin etdi ...

    17-05-2021, 16:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (93)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu