GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiyada yaşayan erməni ailəsinin Bakıda ev davası – Belə də olurmuş…

Rusiyada yaşayan erməni ailəsinin Bakıda ev davası – Belə də olurmuş…

Tarix: 27-04-2016, 16:38 Bölmə :Ölkə Baxış: 0
Rusiyada yaşayan erməni ailəsinin Bakıda ev davası – Belə də olurmuş…

Hüquqlarını müdafiə etdiyim Rafiq Bəbir oğlu Əhmədov qardaşı Ramiz Əhmədovla o vaxt birlikdə yaşadıqları Ermənistan SSR-nin Amasiya rayonu, Güllübulaq kəndindəki 36 kv.m sahəsi olan ata yurdunu ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi ərəfəsində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 16, mən.,40-da (32 kv.m sahəsi olan mənzil) yaşayan Qazarova Vera adlı şəxslə razılıq əsasında dəyişmişdir. Bu mənzilin kirayəçisi 24.08.1989-cü il tarixli, 105424 saylı dəyişmə orderinə əsasən Əhmədov Ramiz Bəbir oğlunun adına rəsmiləşmişdir. Həmin orderdə digər şəxs kimi qardaş olaraq Rafiqin adı da qeyd edilmişdir (Evin dəyişilməsi üçün Amasiya rayonun, Güllübulaq qəsəbə sovet sədri tərəfindən təsdiq edilmiş 24 iyul 1989-cu il tarixli arayışlarında da Rafiq və qardaşı Ramizin ata mülkünün sahibləri kimi adları qeyd edilmişdir). Lakin 1989-cu ildən indiyədək həmin mənzildə faktiki olaraq Rafiq ailəsilə birlikdə yaşamışdır. Onun Naxçivan şəhərində yaşayan qardaşı Ramiz 16.12.1992-ci ildə vəfat etmişdir (AZ-I seriyalı, 4336658 nömrəli “Ölüm haqqında şəhadətnamə”).
Bu arada, 2002-ci ildə necə olursa özünü rəhmətlik Ramizin qızı adlandıran Əhmədova Rəqsanə Ramizovna Rusiya Federasiyasının Ulyanovsk şəhərindən Bakıya gəlir. Araşdırdıq ki, Ramizin övladı olmasında şübhəli bildiyimiz bu şəxs 1986-cı ildə Özbəkistan Respublikasında Şaqinyan Qalina adlı, milliyəti dəqiq bilinməyən, lakin əvvəlki rəsmi nikahı erməni Şaqinyanla olan bir xanımla nikahdan kənar dünyaya gəlmişdir.
Rəqsanənin dediyinə görə o, 1989-cu ildə siyasi hadisələrə görə (Azərbaycan-Ermənistan münaqişəsinin başlanması dövrü) anası Qalina Qriqoryevna ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Ulyanovsk vilayətinə qohumlarının (anasının əvvəllər rəsmi nikahda olduğu əri Şaqinyanın və ondan olmuş birinci oğul övladının -13 il həbsxanada cəza çəkmiş Artur Şaqinyanın) evində 2002-ci ilədək yaşamağa başlamışdır. 2002-ci ildə Rəqsanənin Bakıdakı yaxın “qohumları”na dediyinə görə onun ogey qardaşı Artur Şaqinyan həbsxanadan çıxıb ata evinə döndükdən sonra onlar ailədə yola getmirmişlər. Ona görə də Qalinanın anası Bakıya zəng edərək əmisi olmuş Rəfaildən xahiş etmişdir ki, Rəqsanənin Bakıda təhsilini başa vurmasına yardımçı olsun. Rəqsanə 2002-ci ildən əmisi Rəfailin Nərimanov rayonunda yerləşən evində 3 il yaşamışdır. Sonradan əmisindən öyrənmişdir ki, atası Ramizin Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 16, mənzil 40-da ikiotaqlı mənzili olubmuş.
Qalina Qriqoryevna nikahdankənar dünyaya gətirdiyi Rəqsanə Ramizovnanın gələcəkdə Bakıda yaşaması üçün əvvəlcədən onun sənədlərini qaydaya salmışdır. Belə ki, Rəqsanənin doğum haqqında şəhadətnaməsində özünün Şaqinyan soyadını əvvəlki qızlıq soyadı- İrekina ilə əvəz etmiş, atası qrafasında isə Ramiz Əhmədov yazdıraraq təkrar olaraq Özbəkistana gedərək bu sənədi 1999-cu ildə düzəliş etdirməklə əldə etmişdir (məhkəmə qətnaməsi əlavə olunur). Əvvəlki doğum haqqında şəhadətnamə ilə isə Rəqsanə Rusiya vətəndaşlığı almışdır. Lakin anası öz Şaqinyan soyadını dəyişmək zorunda qalmışdır ki, bunsuz qızını Bakıya göndərmək mümkün olmayacaqdı. Rəqsanə Ramizovna Bakı şəhərində şəxsiyyət vəsiqəsi əldə edərək daimi məskunlaşması üçün 2004-cü ilin aprelində bir neçə dəfə Xətai rayonun 82 saylı MKİS-nə gedib-gəlməklə özünü atasının vaxtilə yaşadığı mənzilə varis olaraq pasport qeydiyyatına saldırmaq istəyir. Bunun yeganə yolunun vaxtilə Ramiz Əhmədovun adına açılmış «Forma-A» arayışının 11-ci (uşaqları) qrafasına guya 1989-cu ildən atasının övladı kimi öz adını, soyadını yazdırmaqla, R.Məmmədov küçəsi, ev 16, mənzil-40 ünvanına pasport qeydiyyatına düşməsinin mümkün ola biləcəyini ona başa salmışlar. Təbii ki, Rəqsanə Ramizovna 82 saylı MKİS-in kargüzarları ilə “dil” taparaq (sövdələşərək) pasport qeydiyyatına düşməsi üçün «Forma A» arayışında onun adının yazılmasını xahiş etmişdir. Verdiyi rüşvət müqabilində R.Ramizovna Ramiz Əhmədova məxsus olmuş Forma A arayışının ləğv edilmiş 11-ci qrafasında öz dəst-xəttilə «Axmedova Raksana Ramiz -1989 q.» sözlərini rus dilində yazmaqla sənədi 20 aprel 2004-cü il tarixində şəxsən saxtalaşdırmışdır. Yəni, sənədə öz ad, soyadını arxa tarixlə (1989-cu il) yazmaqla (guya 1989-cu ildən o atası ilə bu mənzildə yaşayırmış) atasının vaxtilə yaşadığı ünvana pasport qeydiyyatına düşmüşdür. Və bu saxtakarlıqdan sonra o, 08 may 2004-cü il tarixində şəxsiyyət vəsiqəsi əldə edərək asanlıqla Azərbaycan vətəndaşı olmuşdur.
QEYD: 28.02.2014-cü il tarixli Xətai Rayon Məhkəməsi müəyyən etmişdir: «Özbəkistan Respublikasının Fərqanə şəhəri, Kirqulisk rayonu, VVAQ şöbəsinin verdiyi 10.04.1999-cu il tarixli, II-FR 01 22 982 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Əhmədova R.R 08.05.1986-cı ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.05.1986-cı ildə 366 nömrəsilə qeyd edilmiş, atası Əhmədov Ramiz Bəbir oğlu, anası İreykina Qalina Qriqoriyevnadır.” Müəyyən edilmiş bu fakt təsdiq edir ki, Rəqsanə Ramizovna 1989-cu ilədək Özbəkistan Respublikasının vətəndaşı olmuş, 1989-cu ildən hal-hazıradək Rusiya Federasiyasının vətəndaşıdır. Lakin o qeyri-qanuni yollardan istifadə etməklə – yəni faktiki olaraq heç kimin razılığı olmadan, ya “əmi”si Rəfail Əhmədovun, ya da o vaxt saxtakarlıqla pasport qeydiyyatına düşmüş R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanında faktiki yaşayan Rafiq Əhmədovun ailə üzvlərindən (həyat yoldaşı və qızı) heç birinin razılığı olmadan, gizli sövdələşmə nəticəsində Forma A arayışını saxtalaşdırmaqla özünü əsassız olaraq həmin mənzilə qeydiyyata saldırmışdır. Hətta bu saxta qeydiyyat məsələsindən yerli 82 saylı MKİS 2013-cü ilin may ayında rəsmən xəbər tutmuşdur.
Saxtakarlıqla mübahisəli mənzilə pasport qeydiyyatına düşən Rəqsanə Ramizovna onu Bakıda idarə edən “gizli qüvvələr”in göstərişilə vaxtilə “atası”nın 1992-ci ilədək yaşadığı həmin mənzili ələ keçirmək məqsədilə məhkəmə iddiası qaldıraraq əmisi Rəfailin mənzilə kirayə müqaviləsinin bağlanması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin başçısının imzaladığı 27.07.2012-ci il tarixli, 188 saylı sərəncamının ləğv edilməsini tələb etmişdir.
İddiaçı olmuş Əhmədova Rəqsanə Ramizovna cavabdeh Xətai rayon İH-nin 188 saylı, 27.07.2012-ci il tarixli sərəncamının və mənzilə kirayə müqaviləsinin etibarsızlığı ilə bağlı tələbini formal olaraq belə əsaslandırmışdır ki, guya o, 1989-cu ildə mübahisəli mənzilə qeydiyyata alınmışdır, onun həmin mənzilə olan hüquqları qüvvədən düşmüş 1982-ci ilin redaksiyasının AR Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən olunmalıdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
Bu baxımdan iddiaçı hesab etmişdir ki, onun mübahisəli mənzilə kirayəçilə eyni olan hüquqları vardır. Və iddiaçı bir müddət həmin mənzildə yaşamasa da onun bu hüquqları mübahisələndirilməmiş və o həmin hüquqlarını itirməmişdir. Buna görə iddiaçı hesab edir ki, bu hal nəzərə alınaraq onun iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur.
Lakin bu iş üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair Rafiq Əhmədovun iddiası iş N 2(103)-399/2016 saylı, 01 mart 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Abiddin Hüseynov tərəfindən baxılaraq iddia qismən təmin edilmişdir. Belə ki, məhkəmə kollegiyası belə nəticəyə gəlmişlər ki, baxılan iş üzrə iddiaçı cavabdeh Rəqsanə Ramizovnanın mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Halbuki məhkəmə baxışı nəticəsində ümumiyyətlə cavabdehin belə bir hüququnun yaranmadığı müəyyən edilmişdir. Bu baxımdan yaranmamış və mövcud olmayan hüquqa xitam verilə bilməz. Belə ki, məhkəmənin gəldiyi nəticə düzgündür və bu baxımdan o nəticəyə gəlirik ki, qanuna görə iddiaçı Rəqsanə Ramizovnanın belə bir iddia ilə çıxış etməsi üçün subyektiv hüququnun olmaması anlamına gəlinir.
Çox təəssüflər olsun ki, iddiaçı Rəqsanə Ramizovnanın iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında sədrlik edən hakim Valeh Ağayevin icraatında 2-1(103)-1057/2015 saylı işə aprelin 1-də yenidən baxılmış və R.Ramizovnanı Bakıda idarə edən gizli qüvvələrin sifarişi yerinə yetirilərək sənəd saxtakarının iddiası qismən təmin edilmişdir. Bununla da hələlik bizə məlum olmayan qüvvələrin köməyinə arxalanan R.Ramizovnanın məqsədi – əsassız iddiasını təmin etdirməklə, gələcəkdə onun Forma A arayışını şəxsən saxtalaşdıraraq qeydiyyata düşdüyü mənzili ələ keçirməkdir ki, hazırda Rusiyada yaşayan Şaqinyanlar ailəsinə lazım olan informasiyaları Bakıda rahat şəraitdə oturub ötürə bilsin.
Çox maraqlıdır ki, Bakıda yaşadığı 2004-2016-cı illər ərzində bu adam cəmi 1-2 il hansısa özəl bankda çalışmışdır. Necə olur ki, konkret işi, şəxsi evi, dolanacağı, “qohumların” köməyi olmadan Bakı şəhərində gizlin və qaranlıq fəaliyyət göstərməklə məşğuldur? Hazırda da bu şəxsin hansı ünvanda faktiki yaşamasını, hətta məhkəmə və polis orqanları belə müəyyənləşdirə bilməmişlər.
Hesab edirəm ki, onun bu gündə kimlər tərəfindən maliyyələşməsi, Azərbaycan haqqında Şaqinyanlar ailəsinə hansı informasiyaları ötürməsi aidiyyatı təşkilatlar tərəfindən araşdırılmalıdır. Yalnız onu bilirik ki, onu təmənnasız müdafiə edən vəkil Polad Arif oğlu Cabbarlı etiraf etmişdir ki, Rəqsanəni müdafiə etmək hansısa “gizli”qüvvələr tərəfindən ondan xahiş edilmişdir. Mən PA-nın şöbə müdiri cənab Fuad Ələsgərovdan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevdən, Baş prokuror cənab Zakir Qaralovdan xahiş edirəm, Rusiya Federasiyasının vətəndaşı olmuş Rəqsanə Ramizovnanın hüquqi sənədləri saxtalaşdıraraq 2004-cü ildən Azərbaycan vətəndaşı olmaqla Bakıdakı gizlin fəaliyyətinin araşdırılmasına göstəriş verilsin.
Məmməd Həmidov (Rafiq Əhmədovun hüquqi nümayəndəsi)
Redaksiyadan: şikayət ərizəsini və digər materialları aidiyyəti dövlət qurumlarına araşdırılması üçün göndərdik… Qarşı tərəfi də dinləməyə hazırıq.
«Təzadlar»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əfv sərəncamıyla azadlğa qovuşanların tam siyahısı

    Əfv sərəncamıyla azadlğa qovuşanların tam siyahısı ...

    26-12-2012, 20:29

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58

  • 
  • Prezidentin əfv sərəncamında adları yer alan şəxslərin tam SİYAHISI

    Prezidentin əfv sərəncamında adları yer alan ...

    17-10-2014, 18:49

  • 
  • Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı təyin olundu

    Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı ...

    12-11-2019, 13:16

  • 
  • Bakıda qardaş ata payı üstündə qardaşını güllələdi

    Bakıda qardaş ata payı üstündə qardaşını güllələdi ...

    26-05-2015, 14:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu