Ötən gecə Bakının Sabunçu rayonunda qardaş qardaşını ata mülkünün üstündə güllələyib. Sabunçu rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, hadisə saat 22 radələrində Ləhiş bağlarında qeydə alınıb.
Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və ürək nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.
İşi araşdıran baş təhqiqatçı, polis kapitanı Tahir Vəliyevin ans press-ə verdiyi məlumata görə, hadisə ata mülkünün üstündə olub.
İmran Soltanov subay qardaşı Tərlan Soltanova ata torpağından pay vermək istəməyib. Nticədə qardaşlar arasında dava olub. Dava nəticəsində İmran Soltanov silahə əl atıb.
Qeyd edək ki, Tərlan Soltanov ağır vəziyyətdədir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?