Bu gün Türkiyə vətəndaşı, Azərbaycan əsilli tanınmış iş adamı Rza Zərrabın məhkəməsi başlayır.
Bu barədə Nyu-York cənub bölgəsinin baş prokuroru Prit Bharara özünün "Twitter" mikrobloqunda yazıb.
"Müttəhim Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq", - prokuror yazıb. Həmçinin qeyd olunur ki, məhkəmə iclası yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda, bank sahəsində saxtakarlıqda və "çirkli pulları yuyulmasında" şübhəli bilinir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?