"Rüşvət əməliyyatı"nın mərkəzində yer alanlardan biri olan Rza Zərrabın çirkli pullarının necə yuyulması müəyyənləşib.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, "17 dekabr əməliyyatı"nın istintaqını aparan prokurorun hazırladığı dosyedə Rza Zərrabın çirkli pulların yuyulması əməliyyatı sixemlə göstərilib. Əvvəllər Rusiya mərkəzli sistemlə çirkli pulların yuyulduğu bildirilib. Bu sistem deşifrə olduğdan sonra "Xalq"bankı üzərindən çirkli pulların yuyulmasi metodu hazirlanıb. Dosyedə Zərrabın milyardlarla dollarlıq şübhəli əməliyyatlar həyata keçirdiyi iddia edilir. Məhz bu əməliyyatları "Xalq" bank vasitəsiylə reallaşdırmaq üçün Zərrabın adı söylənməyən bir nazirlə və "Xalq" bankın müdiri Süleyman Aslanla münasibətlər yaratdığı bildirilir. Bu səbəbdən Zərrabın həmin nazirə 103, Aslana isə 16 milyon lirə verdiyi iddalar arasındadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?