GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “KredAqro Azərbaycan cəmiyyətinin bətnində qara yaradır”

“KredAqro Azərbaycan cəmiyyətinin bətnində qara yaradır”

Tarix: 11-04-2013, 11:13 Bölmə :Ölkə Baxış: 1 100
“KredAqro Azərbaycan cəmiyyətinin bətnində qara yaradır”

Bu sələmçi təşkilat müqavilədə 3 faizə qol çəkdirdiyi
halda ödəniş zamanı vətəndaşdan 20-30 faiz pul tutur


KredAqro vəfat etmiş adamlara niyə faiz və cərimələr hesablayır?

Redaksiyamıza Cəlilabad rayonu Qarazəncir kənd sakimi Həsənova Marifə Məmi qızı tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi KredAqro təşkilatında baş verən qanunsuzluqlardan bəhs edir. Məktubda deyilir:
“KredAqro və onun Cəlilabad filialının rəhbər və vəzifəli şəxslərinin törətdiyi cinayət əməlləri barədə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə cinayət işi açılmışdır. Həmin cinayət işi uzun müddət davam etsə də hələ də bağlanmayıb və Mərkəzi Bank tərəfindən KredAqroya verilmiş lisenziyanın ləğv olunması üçün heç bir tədbir görülməyib. 50 faizlik bank sələmi genosidi indi də davam etdirilir. Son bir neçə ildə KredAqronun Cəlilabad filialının iki müdiri cinayət məsuliyyətinə cəlb olunmuş, onlar işdən çıxarılmışlar, lakin əsas hədəf qalır- xalq soyulur və günü gündən daha çox adamın yaxası bu bədnəm sələmçi təşkilatın əlinə keçir.
KredAqro müştərilərlə müqavilə bağlayan zaman həmin müqavilə notarial qaydasında təsdiqlənmir. Bu hal mülki qanunvericiliyin tələbinə əsasən qanunsuzdur. Belə ki qanunvericiliyin tələbinə əsasən hüquqi şəxslə fiziki şəxs arasında müqavilə bağlanarkən həmin müqavilə notariat qaydada təsdiqlənməlidir.
Vətəndaşla müqavilədə qeyd olunur ki, kredit götürüləndən sonra onun müddəti nəzərə alınmaqla əsas pula 3 faiz pul ödənməlidir. Lakin pulu alanda müqaviləyə uyğun gəlməyən, onunla ziddiyyət təşkil edən bir cədvəl tərtib olunaraq vətəndaşa təqdim olunur. Müştərini göz-görəsi aldadırlar. Belə ki, müştəriyə verilmiş ödəniş cədvəlini araşdıranda görünür ki, müştəri götürdüyü krediti ödəyən zaman ondan müqavilədə qeyd olunduğu kimi, ay ərzində 3 faiz deyil, 20-30 faiz pul tutulur. Xahiş edirəm ki, hüquq mühafizə orqanlar, dövlət strukturları KredAqro təşkilatının əhali ilə bağladığı müqaviləni və pulu verərkən təqdim etdiyi cədvəli tutuşdursunlar. Onda asanlıqla görərlər ki, bu sələmçi təşkilat müqavilədə 3 faizə qol çəkdirdiyi halda vətəndaşdan 20-30 faiz pul tutur. Bu isə yaratdığımız demokratik hüquqi dövlətdə insan hüquqlarının pozularaq onlara qəsdən maddi ziyan vurulması deməkdir. Axı KredAqronun prosedur və siyasət qaydalarında müştəriyə kredit verilən zaman onlara verilmiş kredit məhsulunun növlərində yalnız müştərinin maddi rifahının yüksəlməsi üçün köməklik göstərilməsi nəzərdə tutulur, bu cür soyğunçuluq nəzərdə tutulmur. Sənədlə əməl düz gəlmir. KredAqronun bu günə kimi müştərilərlə bağladığı bütün müqavilələr onlara təqdim olunmuş ödəmə qrafiki cədvəli ilə uyğun gəlmir və bu müqavilələr aldadıcı olduğu üçün etibarsız sayılmalıdır.
Digər qanun pozuntularından biri də odur ki, kredit götürən müştəri fiziki və hüquqi şəxs kimi vergi ödəyicisi olduğu halda, yəni vergi orqanlarında VÖEN alıb hansısa bankda hesab açdırdığı halda, onlara kredit verilən zaman bankda yenidən hesab açdırırlar. Nəticədə kredit götürən şəxs məcbur qalaraq götürdüyü kreditin təyinatını vergi orqanlarından gizlədir. Bu da dövlət büdcəsinə qəsdən maddi ziyan vurulması deməkdir. KredAqro vətəndaşları çapmağı bir tərəfə, üstəlik vergi pullarını da dövlətdən oğurlayır. Vergilər Nazirliyindən xahiş edirəm ki, bu məsələni araşdırsın, KredAqrodan VÖEN-i və bank hesabı olan müştəriyə niyə məcburan yeni bank hesabı açdırdıqlarının səbəbini soruşsun. 2-ci hesab açılanda müştəridən 6-10 manat əlavə pul tutulur, bu da ona əlavə maddi ziyan vurur. Əgər mənim hesabım varsa, niyə artıq hesab açdırırsan?
Bir sıra müştərilər Dövlət Sosial Müdafiə Fondunda sahibkar kimi qeydiyyatda olmadıqları halda onlara sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar kredit buraxırlar. Nəticədə müştəri DSMF-də olan məcburi ödəmələrdən yayınmalı olur. Demək, KredAqro sələmçi təşkilatı vergi pullarını oğurlamaqdan başqa həm də Sosial Müdafiə Fondunun da pullarını oğurlayır. Beləliklə, bu təşkilatın qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə külli-miqdarda ziyan dəyir. Məhz bu cür saxtakarlığa görə Cəlilabad filialından çoxlu əməkdaş- Əfqan İsgəndərov, Vüsal Həbibov, Azər Tağıyev və başqaları işdən çıxmışdır. Onlar məhz törədilən cinayət əməllərindən ehtiyatlanaraq, gələcək fəsadlardan qorunmaq üçün ərizə yazıb həmin təşkilatdan uzaqlaşmışlar. Lakin nədənsə yuxarıda sadaladığımız məsələlərə baxmayaraq Mərkəzi Bank KredAqro kimi saxtakar Bank Olmayan Kredit Təşkilatının lisenziyasını uzatmaqda davam edir. Artıq çoxdan sübut olunub ki bu cür təşkilatlar Azərbaycan cəmiyyətinin bətnində qara yaradır və tədbir görmək vaxtı gəlib çatmışdır.
Ötən ilin martında Bakıda baş verən bir hadisə hamını sarsıtdı. Şəki sakini 64 yaşlı Səadət Həsənova KredAqronun ofisində üzərinə benzin tökərək özünü yandırdı. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmadı. Ş.Həsənovanın özünü yandırmasına səbəb isə ödənilməyın kreditə görə mənzilinin əlindən alınması idi. KredAqro yenə də sudan quru çıxmağı bacardı. Maraqlıdır ki, 20 il dövlətə sədaqətlə xidmət edən məmurun otağında vətəndaş özünü yandıranda dövlət həmin məmurun dərisini boğazından çıxarır. Amma KredAqro-ya buna görə heç nə edilməlid, əksinə həmin vətəndaşın evi indi də bankda girovdadır. Sələmçi sektora toxunulmazlıq statusunu kim verib?
KredAqro BOKT-ın siyasət və prosedur qaydalarına əsasən kredit götürən müştəri ardıcıl olaraq 2-3 ay müddətində, yəni 60 və ya 90 gün ərzində götürdüyü kreditin əsas və faiz pulunu ödəməsə həmin müştəri dərhal məhkəmə məsuliyyətinə verilməlidir. Lakin təşkilatın Cəlilabad filialı bu qaydaya əməl etməyib ödəməyən müştəriləri məhkəməyə vermir, onların pulunun üstünə sayğac qoşaraq məbləği şişirdir, təşkilata olan borcu çoxaldır və müştəridən həmin böyümüş məbləği müxtəlif üsullarla tələb etməkdə, qoparmaqda davam edir. Təşkilatın siyasət və prosedur qaydaları kobud şəkildə pozulur. KredAqro Cəlilabad filialı götürülən pulu ödəyə bilməyən müştəriər üçün bilə-bilə aylar və hətta illərlə qanunsuz olar faiz və cərimələr hesablayır. Əgər prosedur qaydalarını əsas götürsək, bu fakt özü də kredit götürən vətəndaşlara qəsdən maddi ziyan vurma, soyğunçuluq deməkdir. Ödəyə bilmirsə apar ver məhkəməyə dövlət araşdırsın, daha reketsayağı sayğac niyə qoşursan? Oğlum Həsənov Şahinin götürdüyü pulla bağlı da belə oldu. Sonradan 3 dəfə ödəniş etsək də, 660 manata yaxın ödədiyimiz pul məbləğdən çıxılmaq əvəzinə faizə çıxıldı. İndi isə bu sələmçi təşkilat Cəlilabad rayon Məhkəməsinin qərarını əlində rəhbər tutaraq bizdən 700 manata kimi pul tələb edir. KredAqro qanunları kobud şəkildə pozur, Elman Rüstəmova 2 ildir bu barədə yazırıq, cavab məktublarında isə o həmişə bizi neprav, KredAqronu prav şıxardır. Belə ağçılıq olurmu?
Təşkilatın Cəlilabad filialında elə müştəri var ki, 6 ay bundan əvvəl vəfat edib. Mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır. Bütün bunlara baxmayaraq həmin ölmüş şəxslər üçün ardıcıl olaraq faiz və cərimələr (!) hesablanır. Buna misal olaraq Cəlilabad şəhər sakini Mirzə Ağayevi göstərə bilərik. O vəfat etmişdir, lakin KredAqro təşkilatı tərəfindən mərhuma şotçik qoşulub, onun adına qanunsuz olaraq faiz və cərimələr hesablanaraq, onun hüquqi varislərinə və zamininə maddi ziyan vurulur. Yəqin gözləyirlər ki məbləğ şişsin və KredAqro gəlib mərhumun ailəsini çölə tökərək evini əlindən alsın.
O cümlədən yaxın qonşumuz Ələddin Bayramov da bu bankdan kredit götürmüşdü, vəfat etdi, lakin KredAqronun işçiləri mərhumun qapısına dalbadal tökülüşərək tələb etdilər ki, qanuna görə (!) pulu ödəməlisiniz. Nəticədə mərhumun balaları Rusiyaya getdi, orda fəhləlik edərək pul yolladı və ailə həmin pulu KredAqro-ya verərək canını qurtardı. Təkcə KredAqronun Cəlilabad filialında onlarla belə fakt var, xahiş edirəm hüquq-mühafizə orqanları bu məsələləri də araşdırsınlar.
Elə müştərilər var ki, 200-300 gündən artıqdır ki, kredit ödəmir, yenə də onlar məhkəmə məsuliyyətinə verilməyərək, onlara qanunsuz olaraq faiz və cərimələr hesablanır. Sayğac qoşublar, xalqa olmazın zülmlər edirlər və müxtəlif üsullarla həmin haram pulları ödətdirirlər. Xahiş edirik ki bu məktubda dediyimiz faktların araşdırılması üçün tədbirlər görəsiniz.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “KredAqro”-da qanunzuzluq piramidası

    “KredAqro”-da qanunzuzluq piramidası ...

    25-03-2013, 10:59

  • 
  • «KredAqro»dan daha bir özbaşınalıq

    «KredAqro»dan daha bir özbaşınalıq ...

    10-01-2013, 11:08

  • 
  • KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

    KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz ...

    17-04-2013, 10:48

  • 
  • Bank işçisinə cinayət işi açıldı

    Bank işçisinə cinayət işi açıldı ...

    30-01-2014, 17:16

  • 
  • “Kredit mafiyası”nın Azərbaycandakı şok fəaliyyəti

    “Kredit mafiyası”nın Azərbaycandakı şok fəaliyyəti ...

    10-10-2013, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu