GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

Tarix: 17-04-2013, 10:48 Bölmə :Ölkə Baxış: 912
KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

Şahin Cəbrayılov Cəmiyyətin Kredit siyasəti və
prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozur


Bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən
alınmış insanların qanı Zaur Ömərovun boynundadır


Azərbaycan xalqının qanını içən və qanunsuz hərəkətlərə rəvac verən sələmçi təşkilatlar biri də KredAqro Bank Olmayan Kredit Təşkilatıdır. KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir. Axı başlanğıcda da məlum olur ki, həmin krediti vətəndaş bir müddətdən sonra verə bilməyəcək. Planı doldurmaqdan sarı insanları bəri başdan tora salırlar, bədbəxt edirlər.
Bütün bu və digər faktlara, qanunsuz hərəkətlərə görə KredAqro BOKT-nın idarə heyətinin sədri Məcid Əsədov, cəmiyyətin Kredit Departamentinin rəhbəri Zaur Ömərov və təşkilatın Cəlilabad filialının müdiri Şahin Cəbrayılov bilavasitə məsuliyyət daşımırlarmı? Bu “müqəddəs” üçlük ölmüş şəxsə belə pul hesablatdırır! Cəmiyyətin filialından pul götürmüş və ölmüş bütün vətəndaşlara ardıcıl olaraq faiz və cərimələr hesablanır, sona qədər tələb edib pulu onun ailəsindən alırlar. Halbuki mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır. Ölüyə şotçik qoşmaq məhz Azərbaycanda ola bilər ki, KredAqro kimi sələmçi qaniçənlər buna da gedirlər. Gedin yoxlayın KredAqronun vəfat etmiş müştərilərinin işlərini, görün nə oyun çıxarırlar və mərhumun ailəsinin başına nə müsibətlər gətirirlər! Yəni, çətini KredAQronun cənginə keçincədir, bu səlımçi təşkilat ölüdən də pul çıxarmağı bacarır! Azərbaycan xalqının heysiyyatı ilə bu cür oynamaq olmaz! Bu gün ölkə məhz bank sələminə görə partlayış həddinə gəlib, narazılıq artıb. Ölkədə artan intiharların, əsəb pozuntularının da əsas səbəbi bank sələmidir. KredAqronun sadaladığımız rəhbər işçiləri hətta ibrət dərsi götürmürlər ki, onların saxtakarlığı haqqında cinayət işi hələ də istintaq olunur. Onu da qeyd edim ki, həmin cinayət işi illərdir süründürülür, Cəlilabad filialında hər 5-6 aydan bir müdir dəyişdirilir, amma sistem yenə də olduğu kimi qalır, xalq boyunduruğa salınıb bu adamlar tərəfindən həddən artıq ağır şərtlərlə, yüksək sələm ilə istismar olunur. Xahiş edirəm ki, KredAqro-nun cinayətkar əməlləri tam araşdırılsın və Mərkəzi Bankın bu sələmçi qeyri-bank təşkilatına verdiyi lisenziya ləğv olunsun. Biz belə bir sələmçi təşkilatın Cəlilabadda fəaliyyət göstərməsini istəmirik.
2012-ci ildə KredAqronun Cəlilabad filialında Məlikova Xuraman Məmmədağa qızının adına 3 min manat kredit verilməsi rəsmiləşsə də, həmin kredit müdir Şahin Cəbrayılova çatmışdı. Xuraman Məlikova Şahin Cəbrayılovun baldızıdır. Bu qadının Şahin Cəbrayolovun törətdiyi əməldən heç xəbəri yox idi. Şahin Cəbrayılov çoxlu adamların adına onlardan xəbərsiz pullar sənədləşdirib beləcə götürmüşdür. Bu məsələ böyük qalmaqala səbəb oldu, lakin Şahin Cəbrayolov sudan quru çıxmağa bacardı.
İndinin özündə də fililalın müdiri Şahin Cəbrayılov aylıq kreditvermə planını doldurmaqdan ötrü Cəmiyyətdə mövcud olan “qaydaları” ciddi şəkildə pozaraq saxta kreditlər verir. Hansı ki özü də yaxşı bilir ki, bu saxtakarlıqlarla əlaqədar hazırda Azərbaycan Prespublikası Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi istintaq olunur.
Bir ciddi fakta diqqətinizi yönəltmək istəyirəm. Müştəri Məmmədov Telman Böyükxan oğluna kredit verilməzdən əvvəl Mərkəzi Reyestr Xidmətinə sorğu edilərək cavab alınmışdır. Cavab iki vərəqdən ibarət olmuşdur. 1-ci vərəqdə müştərinin Filiala 6 min borcu olması, 2-ci vərəqdə isə ZaminBanka 3 min borcu olması göstərilmişdir. Dekabr ayı üçün nəzərdə tutulmuş planı doldurmaqdan ötrü Şahin Cəbrayılov Mərkəzi Reyestr Xidmətinin ZaminBanka borcu olmasını təsdiq edən 2-ci vərəqi aradan çıxarmışdır. Müştərinin həmin ərəfədə ZaminBanka borclu olub-olmamasını bu gün təkrar yoxlamaq olar. Həmin borclar hələ bu günə qədər də bağlanmamışdır. Bu kredit paralel kredit kimi qiymətləndirilə bilməz, çünki müştərinin KredAqroya 6 min dollar borcu olduğu halda eyni vaxtda ZaminBanka 3 min dollar borcu olmuşdur. Qeyd etdiyim faktlar Şahin Cəbrayılovun saxtakarlığının bariz nümunəsidir. Bu adam vaxtilə Masallı filialında işlədiyi zaman da bu cür saxtakarlıqlara yol verirdi, nəticədə Masallı sakinlərinin başı ağrıya düşürdü. İndi də Cəlilabadda köhnə oyunlarını işə salıb.
Tez-tez olur ki, KredAqro başqa banklara külli-miqdarda borcu olan adamlara borc verir. Hətta bir də görürsən ki elə adam zamin durur ki, onun özünün KredAqro ilə problemi var, neçə aydır bankdan götürdüyü pulu ödəyə bilmir. Lakin belə şeylər Şahin Cəbrayılovu maraqlandırmır. Məsələ Filial Kredit Komitəsində müzakirə olunur, fililalın işçiləri etiraz edirlər, lakin sonradan Şahin Cəbrayılov protokolları dəyişdirir, saxtakarlıqlar edilərək şübhəli müştərilərə kredit verir. Müştəri də götürdüyü pulu bu və ya digər banka olan borcuna verərək bir qəpiksiz qalır, bankla problemləri başlayır. Bütün bu işlərə rəvac verən elə KredAqronun özüdür. KredAqronun Cəlilabad filialının hüquq məsləhətçisi Qasımov Yusif məhz bu hallara etiraz etdiyi üçün işdən çıxarılmışdır və onda Şahin Cəbrayılovun saxtalaşdırdığı bütün ptotokollar saxlanılır. Həmin protokollarda filialın işçiləri əvəzinə saxta imzalar atılmışdır.
Müştəri Ceyhun Ağamalıyev 3800 dollar kredit götürmək istəyirdi. KredAqronun Cəlilabad filialının Kredit Komitəsində araşdıranda məlum oldu ki, Ceyhunun digər banka 4 min dollar kredit borcu vardır. Yaranmış Komissiya üzvləri təklif etdilər ki, müştərinin əvvəlki borcu bağlansın, sonra ona kredit verilsin. İclas zamanı komissiya üzvləri hazırkı vəziyyətdə ona kredit verilməsinə etiraz etdilər. Hətta Filialın hüquq məsləhətçisi bildirdi ki, biz ona 3800 dollar versək, belə çıxır ki, o həmin pulun üstünə 200 dollar da qoyub bizim pulun hesabına başqa banka olan borcunu bağlayacaqdır, bu da onu göstərir ki, müştərinin hazırda əlində, dövriyyəsində nağd pul yoxdur, əgər olsaydı, başqa banka olan borcunu ödəyərək bağladıqdan sonra bizə müraciət edərdi. Digər tərəfdən müştərinin zamini olan Məmmədov Mübarizi də Komitə üzvləri yaxşı tanıyırdılar, belə ki adamın özünün KredAqroya borcu vardı və uzun müddət ödəyə bilməyib problem yaratmışdı. Bütün bunları Şahin Cəbrayılov görmürdümü? Həmin gün məsələ ilə bağlı Komitənin iclas keçirməsi barədə tərtib olunmuş 18.12.2012-ci il tarixli protokolda məhz üzvlərin bu fikirləri öz əksini tapmışdı və onlar imza atmışdılar. Lakin müdir Şahin Cəbrayılov saxtakarlıq edərək bu protokolu da dəyişdirmişdir. Komissiya üzvlərinin müştəri Ceyhun Ağamalıyev və onun zamini Mübariz Məmmədov haqqında dedikləri sözlər dəyişdirilmiş, 18.12.2012-ci il tarixli 127 saylı protokolda öz əksini tapmamışdır. Hətta 1-ci protokolda “iclasın katibi” sözü qarşısında Ş.Zeynallı soyadı yazılsa da, sonradan saxtalaşdırılmış protokolda Ş.Zeynallı soyadı qarşısında “əməliyyatçı” sözü yazılmışdır, hansı ki həmin ərəfədə Şəfiqə Zeynallı əməliyyatçı deyil, ofis köməkçisi işləyirdi. O, çox-çox sonralar əməliyyatçı ştatına keçirilmişdir. Bundan əlavə, hər iki protokolda qeyd olunur ki, müştəri C.Ağamalıyevin KredAqroya olan borcu bağlansın. Halbuki Ceyhunun KredAqroya yox, başqa banka 4 min dollar borcu vardı. Qeyd etdiklərimiz Şahin Cəbrayılovun yeganə saxtakarlığı deyil, onun iş üslubudur. Filial bu cür saxta sənədlərlə doludur. Şahin Cəmiyyətin Kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozmuşdur. O da maraqlıdır ki, dəyişdirilmiş 2-ci protokolda Filialın hüquq məsləhətçisi Yusif Qasımovun əvəzinə kim imza edib? İlk protokolun surəti Yusif Qasımovda vardır, xahiş edirəm bu məsələ dövlət orqanları tərəfindən araşdırılsın.
Zaur Ömərov KredAqronun Kredit Departamentinin rəhbəridir. 2011-ci ilin may-avqust aylarında Təşkilatın Cəlilabad filialında qanunsuz verilmiş kreditlərdə fililalın müdiri vəzifəsini müvəqqəti icra edən şəxs kimi bilavasitə iştirak etmişdir. Bu adam KredAqronun İsmayıllı, Zaqatala, Şəki, Lənkəran, Masallı və Cəlilabad fililallarında böyük məbləğdə kreditlərin verilməsində cavabdeh şəxs kimi iştirak etsə də, sonrakı vaxtlarda həmin faktlar üzrə cinayət tərkibi olması aşkarlanaraq ayrı-ayrılıqda toplanmış materiallar üzrə cinayət işi başlanmış, istintaq zamanı bir neçə günahsız insanlar bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən alınmışdır. Həmin adamların qanı Zaur Ömərovun boynundadır. Bütün bunlara baxmayaraq Zaur Ömərov öz əvvəlki kreslosunda oturub özgəsinin pulu hesabına yüksək əmək haqqı almaqda davam edir. Götürülən kreditin açıq-aşkar şübhəli olmasına baxmayaraq kreditin təyinatı üzrə istifadə olunub-olunmaması heç vaxt monitorinq edilmir. Görəsən nəyə görə qanunsuz kredit verən, kreditin təyinatını yoxlamadan və borc ödənilmədiyi halda, ödənilmiş kimi qeyd olunan fakta görə Zaur Ömərov heç bir məsuliyyət daşımır? Xahiş edirəm bu və yuxarıda göstərdiyim digər məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılsın.

Fariz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “KredAqro”-da qanunzuzluq piramidası

    “KredAqro”-da qanunzuzluq piramidası ...

    25-03-2013, 10:59

  • 
  • «KredAqro»dan daha bir özbaşınalıq

    «KredAqro»dan daha bir özbaşınalıq ...

    10-01-2013, 11:08

  • 
  • “KredAqro Azərbaycan cəmiyyətinin bətnində qara yaradır”

    “KredAqro Azərbaycan cəmiyyətinin bətnində qara ...

    11-04-2013, 11:13

  • 
  • Azərbaycanda kredit almaq çətinləşəcək.

    Azərbaycanda kredit almaq çətinləşəcək. ...

    19-08-2015, 11:30

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    3-05-2015, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu