Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyaçılara kreditlərin verilməsinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.
gundemxeber.az ANS TV-yə istinadən xəbər verir ki, Nazir bunun həm mənfi, həm də müsbət cəhətlərinin olduğunu bildirib.
Nazir təqaüdçülərin hüquqlarının pozulmaması üçün Maliyyə bazarlarına nəzarət palatasının ən ideal düstur üzərində işlədiyini, tezliklə məsələnin öz həllini tapacağını bildirdi.
“Qəbul olunan qərarın müsbət tərəfi, pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə imkanların yaradılmasıdır. Digər tərəfdən pensiyaçıların özlərinin də kreditə ehtiyacı ola bilər. Onların bir vətəndaş kimi hüquqları çatır ki, kreditdən istifadə etsinlər. Bu isə məsələnin mənfi tərəfidir. Maliyyə bazarlarına nəzarət palatası bunun tam dəqiq düsturunu tapacaq ki, pensiyaçıların bu hüquqları pozulmasın”, - deyə nazir məsələnin həlli yollarından danışarkən bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?