Vüqar Xasayev: “Vəli Ələsgərovu aparıb “asarıq, kəsərik” hədələri gəliblər, döyüblər” Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının(MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovu istintaq təcridxanasına aparıblar. Orada Vəli Ələsgərov döyülüb, təhqir olunub, alçaldılıb. Bu haqda “Yeni Müsavat”a V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib. Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra ombudsmanlıqla əlaqə saxlayıb, Baş Prokurorluğa qanunsuzluq haqda məlumat verib: “Qanunu pozaraq ev dustağı olan Vəli Ələsgərovu aparıb “asarıq, kəsərik” hədələri gəliblər, döyüblər. Deyiblər ki, maddələrini ağırlaşdırıb, həbs qətimkan tədbiri ilə dəyşdirəcəyik. Deyiblər ki, niyə Bakıda mətbuata çıxmısız? Döyüblər, təhqir ediblər”.
Vəkil deyir ki, Vəli Ələsgərov müdafiə hüququ kobud şəkildə pozulmaqda davam edir: “Biz Baş Prokurorluqdan, müraciət etdiyimiz ünvanlardan cavab gözləyirik. Bu qədər qanunsuzluğa “dur” deyilməlidir. Elementar müdafiə hüququnun pozulmasının qarşısı alınmalıdır”.
Qeyd edək ki, Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəzilik naziri olub. Həbsindən bir neçə ay əvvəl ona general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Ələsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub. V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?