Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ABŞ ədliyyə orqanlarının tələblərinə məhəl qoymur. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ prokurorluğu ittiham irəli sürüb. İttihamnamədə bildirilib ki, tələb "VimpelCom" rüşvət qalmaqalı ilə bağlı yüz milyonlarla dollar vəsaitin İşveçrə bankına qaytarılması ilə əlaqədardır. Gülnarə Kərimova bu ilin fevralında 3 bank hesabı ilə əlaqədar mülki müsadirə şikayətlərini cavabsız qoyub. Rəsmilər bu məbləğin 550 milyon dollar təşkil etdiyini bildirib. Prokurorluq aprelin 21-də Manhettan federal məhkəməsinə müraciət edərək, Kərimova və onunla əlbir olanların fevral qərarına riayət etməsinə dair hökm çıxarmasını istəyib. Araşdırmalar zamanı 5 telekommunikasiya şirkətinin Kərimovaya Özbəkistanda lisenziya əldə etmək üçün 1 milyard dollar rüşvət ödədiyi müəyyən edilib. Həmin şirkətlərdən biri - "VilpelCom" Özbəkistan rəsmilərinə rüşvət verdiyini etiraf edərək, 795 milyion dollarlıq cərimə ödəməyə razılıq verib. Şirkətlər çirkli pulların yuyulması əməliyyatlarını İsveçrə bankı vasitəsilə həyata keçirib. Qeyd olunub ki, hazırda Kərimovanın rəhbərlik etdiyi "Takilant LTD" şirkəti onun yardımçısı Qayane Avakyan və sevgilisi Rüstəm Maumarov tərəfindən idarə edilir. - See more at: http://teleqraf.com/news/95805#sthash.8T1svvJN.dpuf
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?