Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs edilib.
Bu barədə informasiyanı Özbəkistan Baş Prokurorluğu yayıb. Ona qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Prokurorluq aparılan araşdırmadan sonra Kərimovanın üzv olduğu cinayətkar qrupun 12 ölkədə aktivlərinin mövcud olduğunu müəyyən edib. Bu ölkələrə Daşkənd tərəfindən həmin aktivlərin həbsi üçün müraciət ünvanlanıb. Qeyd edək ki, Kərimova atasının sağlığında ev dustaqlığına məcbur edilmişdi. Onun əlindən bütün səlahiyyətləri alınmışdı. Bir müddət əvvəl isə Kərimovanın öldüyü barədə məlumatlar yayılmışdı./axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?