"Ermənistanın atom silahı var". virtualaz.org xəbər verir ki, bu sözləri düşmən ölkənin keçmiş baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Erməni KİV-lərinin xəbərlərinə görə jurnalistlər Baqratyandan bir neçə gün əvvəl işlətdiyi fikirlərə aydınlıq gətirilməsini istəyiblər. Baqratyan demişdi ki, ancaq nevə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinitəminat altına almaq mümkündür.
Lakin Baqratyan deyib ki, bu barədə nəsə əlavə izahat vermək niyyətində deyil. "Bizim atom silahı əldə etmək imkanımız var"-o deyib. Ardınca Baqratyan bildirib: "Bizim atom silahımız var".
Xatırladaq ki, bu günlərdə Ermənistan vətəndaşlarının uran qaçaqmalçılğı ilə məşğul olmasına dair iki fakt aşkarlanıb. Erməni general Arkadi Ter-Tadevosyan da bundan əvvəl Azərbaycanı "çirkli bomba" ilə hədələmişdi. Lakin istisna deyil ki, bütün bunlar Azərbaycan ordusunun endirdiyi zərbələrdən sonra erməni cəmiyyətində yaranmış xofu aradan qaldırmağa hesablanmış blefdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?