Gundemxeber.az » Dünya » Ermənistan 9 min kv.km ərazini Azərbaycana verir? - Ermənistan KİV
“Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır”.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan belə deyib.
“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Zəngəzur-red.) məhrum olacaq. İki dəhlizi versəniz, Sünikin Ermənistanla əlaqəsi kəsiləcək. getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Sisyan (Qarakilsə-red.), İrəvan-Qafan avtobusları işləməyəcək”, - deyə Baqratyan bildirib.
Sabiq baş nazirin qeyd edilən açıqlaması Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair Ermənistanda artan iddiaların davamı kimi şərh oluna bilər. Belə ki, Baqratyanın çıxışında həm Ermənistanın daxili, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlar öz əksini tapıb. Qrant Baqratyanın Qarabağ və Zəngəzur mövzularında Azərbaycanın üstünlüyünü xüsusi vurğulaması da bu rakursdan izah edilməlidir.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra növbəti mərhələdə hədəfin Zəngəzur olacağına dair rəy yaratmağa çalışır. Baqratyan Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxacağını deməklə iki məqama diqqəti çəkir. Ermənistan hökumətinin sabiq rəhbəri demək istəyir ki, Rusiya Qarabağda olduğu kimi, Zəngəzurda da Azərbaycana mane olmayacaq. Bununla da Baqratyan Rusiyanın müttəfiq kimi Ermənistanın təhlükəsizliyinin təminatında heç bir rol oynamadığına eyham vurur.
İkincisi, Baqratyan Ermənistan hökumətinin Azərbaycandan qorxduğunu deməklə Qarabağdakı antiterror əməliyyatından sonra ölkəmizin regional gücə çevrildiyinə işarə edir. Eks-baş nazirin Zəngəzurla bağlı dediklərinə gəlincə, onun sözləri Baqratyanın kommunikasiyaların açılmasının əleyhinə olduğunu göstərir. Qrant Baqratyan Zəngəzur dəhlizinin Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaratdığına dair rəy formalaşdırmaq istəyir. Guya Zəngəzurdan dəmir və avtomobil yollarının açılması bölgənin şimaldan və cənubdan Ermənistandan ayrılmasına şərait yarada bilər.
Nəticədə, Ermənistanın 9 min kvadrat kilometr ərazisi Azərbaycanın nəzarətinə keçər. Ona görə də Baqratyan Zəngəzur dəhlizinə ehtiyac olmadığına dair mesaj verir. Bununla da o, Zəngəzur dəhlizinin eksterritorial ərazi olacağını və bunun Ermənistanın suverenliyinə zidd olduğunu nümayiş etdirməyə çalışır. Halbuki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bu yaxınlarda Ermənistan mediasına müsahibəsində Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdiyini, Zəngəzur dəhlizinin eksterritorial olmayacağını bildirib.
Lakin Ermənistan bu absurd ideyanı ortaya atmaqla həm Zəngəzur dəhlizinin açılmasına mane olmaq, həm də Rusiya qoşunlarının yolların keçəcəyi ərazilərin mühafizəsindən kənarlaşdırmaq istəyir. Bu isə Ermənistanın Rusiya ilə problemidir. Kommunikasiyaların açılmasına əngəl yaratsa da, Azərbaycanı ittiham etmək üçün heç bir siyasi və hüquqi əsas yaratmır./Cebhe.info//
29-04-2016, 18:18
2-07-2018, 09:14
31-05-2018, 15:34
4-07-2018, 12:22
27-11-2020, 15:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?