Şəkidə biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, aprelin 29-u, saat 20:40 radələrində rayonun Qayabaşı kənd sakini, 2013-cü il təvəllüdlü Şəbnəm Ziya qızı Cəfərova və Bideyiz kənd sakini, 1994-cü il təvəllüdlü Günel İsə qızı İsəyeva it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olublar. Məlum olub ki, Şəbnəm Cəfərovanı yaşadığı evin həyətyanı sahəsində öz itləri onun sağ üz hissəsindən və sağ qulağından dişləyib. Günel İsəyeva isə kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb.
Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?