GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncə ziyalılarından Mədət Quliyevə müraciət

Gəncə ziyalılarından Mədət Quliyevə müraciət

Tarix: 3-05-2016, 18:55 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 0
Gəncə ziyalılarından Mədət Quliyevə müraciət

Hörmətli Mədət müəllim! Siz ilk fəaliyyətinizi Gəncə şəhərindən başlamısınız. Hansı vəzifəni daşımağınızdan asılı olmayaraq, həmişə xalqın hörmət və rəğbətini qazanmısınız. Buna səbəb, Sizin Azərbaycan dövlətinə, milli dövlətçiliyimizə, ölkə rəhbərinə sadiq olmağınızdır. Sizin yeni vəzifəyə təyinatınız elan olunanda bütün Gəncə əhli sevindi, çünki bütün gəncəlilər Sizinlə fəxr edir. Məhz, ona görə ki, sizin hansı işgüzarlığa malik olduğunuz, hər kəsə bəlli bir həqiqətdir. Son dövrlər milli ordumuzun işğalçı erməni ordusu üzərindəki parlaq qələbələri bizi cox sevindirir və bu qələbələr bir daha onu göstərir ki, xalqımız ölkə rəhbəri cənab İlham Əliyevin ətrafında sıx birləşərək, hər an torpaqlarımızı azad etməyə qadir bir xalqdır. Xalq Ali Baş Komandanın əmrini gözləyir. Belə bir vəziyyətdə hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır.

Hörmətli Mədət müəllim! Bəzi məmurlar, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər şöbəsinə rəhbərlik edən Əli Əliyev isə, bu gün xidməti vəzifəsinə aid olmayan işlərlə məşğul olmaqdadır. Belə ki, o, yaxın qohumu Gəncə Dövlət Universitetinin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun vasitəsilə, şəhərin ali təhsil ocaqlarında, kolleclərində toplanan pul maxinasiyalarına müdaxilələr edir. Fəxrəddin Həsənovun qol qoyduğu işlərə haqq qazandırmaq üçün, o, belə bir özbaşınalıqları Əli müəllimin tapşırığı ilə etdiyini bildirir. Fəxrəddin Həsənov 02 oktyabr 2006-cı il tarixdən bu günədək, Gəncə Dövlət Universitetində təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır. Bir necə il bundan öncə Elman Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, Maliyyə Nazirliyinə ünvanlanmış çoxsaylı şikayətlər əsasında, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti İdarəsi tərəfindən universitetdə yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları da aşkarlanmışdır. Belə ki, aparılan yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə faktı aşkar olunmuşdur. Araşdırmalar zamanı o da məlum olmuşdur ki, həmin məbləgin 982 min manatını bu gün də universitetin təsərrüfat işləri üzrə prorektoru vəzifəsini daşıyan Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi Poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq, saxta sənədlər əsasında mənimsəmişlər. Aparılan araşdırmalar zamanı o da məlum olmuşdur ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməsinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri təsərrüfat şöbəsində işləyirlərmiş, qalan 21 nəfərin adi ştat cədvəlində olsa da, faktiki olaraq onlar iş üzü tanımırlar. Həmin şəxslərin də maaş kartları prorektor Fəxrəddin Həsənovda olur ki, həmin şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə də məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahiblərinə qaytarsa da(???), bu gün də Fəxrəddin Həsənov həmin kartları ələ keçirə bilmiş və talançı əməllərindən əl çəkmir. Şəhərin yüksək çinli vəzifə sahiblərinin (Gəncə şəhəri DTX şöbəsinin rəisi Əli Əliyevin və Gəncə şəhər icra başçısı Elmar Vəliyevin) adından sui-istifadə edərək, o, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü müəyyən mənada sığortalaya bilir. Təsərrüfat bölməsi işçilərinin vasitəsilə o, universitetin binalarında xəfiyyə şəbəkəsi də qura bilmiş və özü üçün “maraqlı” olan şəxslərin hara gedib gəldiklərini də izlədə bilir.

Bir neçə fakt da qeyd edək. Bir müddət bundan əvvəl, universitetin əsas binası üçün 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə işbirliyi quraraq, firmadakı dostlarının vasitəçiliyi ilə, o, universitetin bütün tədris binalarına külli miqdarda lazımi avadanlıqlar almış və onların hamısı rəsmi sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq, hamısı köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallar olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov belə bir yollarla külli miqdarda dövlət əmlakını talamışdır. Bayraq Meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinin təmir üçün büdcədən 54000 AZN pul ayrılmasına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və həmin pullar Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda

açıq-aydın görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri, Alüminiumçular qəsəbəsi adlanan yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları o, öz işçilərinə dədə malı kimi paylayır. Ən dəhşətli hal odur ki, ayaqüstə 10 dəqiqə belə çıxış edə bilməyən bu şəxs, fakültə dekanlarına belə təsir edərək öz iyrənc əməllərini bu gün də həyata keçirir. O, təsərrüfat işləri üzrə prorektor olmasına baxmayaraq, elə şərait yaradıb ki, universitetin bütün işçiləri icazə almaq üçün ona müraciət etməli olurlar. Axı, bu onun səlahiyyət çərçivəsinə aid olmayan məsələlərdir.

Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan edilir. Fəxrəddin Həsənov həmin çirkli pullarla yeməkxanalarda əylənərək, spirtli içki qəbul edir. Özünə və vəzifəsinə xas olmayan əməllərlə məşğul olur. Təəssf doğuran hal odur ki, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər şöbəsinin rəhbərlik edən Əli Əliyev, bu şəxsi himayə etdiyindən, heç kim Fəxrəddin Həsənovla bağlı tədbir görə bilmir. Çox maraqlıdır ki, müharibə gedən bir ölkədə, xalqımızın övladlarının şəhid olduğu zaman, Fəxrəddin müəllimin və onun himayədarlarının qüruru belə bir işlərə qol qoymağa necə yol verir? İqtisadi böhranın agır dövründə, bu şəxs əcaib əməllərindən niyə əl çəkmir? Ölkə prezidenti cənab İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir vaxtda, Fəxrəddin Həsənovun və onun himayədarlarının qol qoyduqları talanlara nə ad vermək olar? Belə bir addımlar cənab Prezidentin həyata keçirdiyi siyasəti əleyhinə getmək deyilmi???”.

Hörmətli Mədət müəllim! Biz tam əminliklə deyə bilərik ki, Əli Əliyevin törətdiyi əməllərdən Sizin məlumatınız yoxdur və ona görə də bu barədə Sizə məlumat verməyi özümüzə sanki bir vətəndaşlıq borcu saydıq. İnaırıq ki, bu şəxslər barəsində lazımi ölçü götürəcəksiniz.

Hörmətlə, bir qrup ziyalı, Gəncə şəhəri.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mədət Quliyevə yeni vəzifə verildi

    Mədət Quliyevə yeni vəzifə verildi ...

    4-11-2015, 11:01

  • 
  • Heç yerdə bu qədər həbsxana tikilmir – Mədət Quliyev

    Heç yerdə bu qədər həbsxana tikilmir – Mədət ...

    20-01-2014, 13:24

  • 
  • Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi

    Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi ...

    21-06-2019, 09:29

  • 
  • Mədət Quliyev tanınmış jurnalisti vəzifəyə təyin etdi

    Mədət Quliyev tanınmış jurnalisti vəzifəyə təyin ...

    2-08-2019, 12:39

  • 
  • Zəlimxan Məmmədli Mədət Quliyevlə görüşündən danışdı

    Zəlimxan Məmmədli Mədət Quliyevlə görüşündən ...

    27-11-2015, 13:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu