“Paytaxtın mərkəzində yerləşən cəzakəkmə müəssisələrinin şəhərdən kənara köçürülmə prosesi davam etdiriləcək”. Bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. O bildirib ki, vaxtilə bu müəssisələr şəhərin ətrafında inşa edilsə də, hazırda paytaxtın böyüməsi həmin müəssisələr oradan köçürülməsi məsələsini gündəmə gətirib: “Artıq bu istiqamətdə işlər davam etdirilir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də yeni cəzaçəkmə müəssisələri tikilir. Bu gün dünyanın heç bir dövlətində 10 yeni cəzaçəkmə müəssisəsi tikilmir. Artıq 3 cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Yeddi müəssisəsi isə tikilməkdədir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?