gundemxeber.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1972-ci il təvəllüdlü Asif Həsənov sağ bazu, said və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yarım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hemofiliya xəstəsi olan A. Həsənovun vəziyyəti ağırlaşdığından o özəl klinikaların birinə aparılıb. A. Həsənovun sözlərinə görə, o mübahisə zəminində Məmməd adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?