Ailə münaqişəsi zəmnində xəsarət alan şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər
Kriminal Gəncə şəhərində iki bıçaqlanma hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlahə Cəlilova qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində İ. Cəlilovanın, anası Mehriban Cəlilova tərəfindən bıçaqlandığı məlum olub.
Hadisəyə ailə münaqişəsinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma gedir.
Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Lalə Əliyeva da qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Aparılan araşdırmalar nəticəsində L.Əliyevanın, qardaşı, 1986-cı il təvəllüdlü Tural Əliyev tərəfindən bıçaqlandığı məlum olub.
Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Mənbə
Sorğu
Yeni dizaynımız necədir?