Prezident İlham Əliyevin təmas xəttinə gedərək vəziyyətlə yerində tanış olması qəhraman hərbiçilərin əhval ruhiyəsini daha da yüksəldib. Onlar bildiriblər ki, dövlət başçısının düşmənlə üzbəüz mövqelərə qədər gəlib, həm hərbiçilərlə, həm də bölgə sakinləri ilə görüşməsi, əsl sərkərdə və Ali Baş Komandanın necə olmasına bir nümunədir.
Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini qısa müddətdə yerinə yetirməyə hazırdır.
Qızgın döyüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirən hərbçilərimiz o anları bizimlə bölüşdülər.
Belə döyüşlərin getdiyi və ordumuzun qələbə qazandığı yerlərdən biri də Goranboyun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən, Tərtərin Talış kəndi yaxınlığında olan yüksəkliklərdir. Bu strateji əhəmiyyətli yerləri əldə edərkən Azərbaycan Ordusunun zabitləri şücaət göstəriblər.Ağır zərbələr alan Ermənisatan Ordusu mövqelərini və hərbi sursatları qoyub qacmaqla kifayətləndi.
Hərbçilər bildirblər ki, artıq təmas xəttindəki vəziyyət xeyli dəyişib. Üstünlük tamamilə Azərbaycanın tərəfindədir. Prezidentin təmas xəttinə getməsi, həm də onun rəhbərlik etdiyi Ordusuna güvəninin bir göstəricisidir. Bu isə Orduya böyük bir mənəvi dəstəkdir və onların gücünə güc qatır. İndi hərbiçilər Ali Baş Komandanın növbəti əmrini gözləyir ki, düşmənə sarsıdıcı zərbə endirsin.
gundemxeber.az XəzərXəbər-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?