Azərbaycan ordusu erməni işğalçı qüvvələrinin mövqelərinə toplardan və minomyotlardan zərbələr endirdi. Bu haqda qondarma “dqr müdafiə nazirliyinin” dünən axşam yaydığı məlumatda bildirilir. Məlumata görə saat 17.00-dan 18.50-yə qədər Azərbaycan ordusu təmas xəttinin şərq istiqamətində (Ağdam) yerləşən erməni mövqelərinə tank əleyhinə 85 mm-lik D-44 toplarından birbaşa tuşlama ilə zərbələr endirib. Bundan əlavə Talış kəndi istiqamətində erməni mövqeləri minaatanlardan atəşə tutulub. İşğalçı qüvvələrin komandanlığı onların mövqelərinə onlarla mərmi atıldığını, lakin itki vermədiklərini iddia edir, cavab tədbirləri barədə hədə-qorxu gəlir. Xatırladaq ki, təmas xəttində son bir neçə ayda ağır artilleriyanın tətbiqi halları demək olar qeydə alınmırdı. İndi tamamilə mümkündür ki, Azərbaycan silahlı qüvvələri düşmən qüvvələrinin hansısa təxribatçı-qızışdırıcı əməlinə qarşı adekvat reaksiya verməli olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?