GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İş elanları saytında "qız tutmaq"

İş elanları saytında "qız tutmaq"

Tarix: 5-05-2016, 00:23 Bölmə :Ölkə Baxış: 0
İş elanları saytında "qız tutmaq"

Məni tanıyanlar bilir ki, işsizlərlə məzələnməkdən, onları ələ salmaqdan xoşum gəlir. Hə vallah, adam da işsiz olar? İşsiz qalan, işdən çıxarılan dost-tanışa qarşı çox amansızam. Lap doğma qardaşım olsun, işsizdirsə, nömrəsini telefondan silib, sosial şəbəkələrdə də bloka atıram. Sınamışam, işsiz adamlar uğursuzluq gətirir. Dünyada ən nifrət etdiyim şey işsiz-gücsüz, kasıb adamla oturub söhbət etmək, onun naləvü-fəryadına, ahu-zarına qulaq asmaqdır. İşsizlik yoluxucu xəstəlik qədər qorxuludur. Təsadüfən hansısa işsiz tanışımla rastlaşanda qanım it qanına dönür. Üstəlik, işsizlik məndə allergiya yaradır. Daha doğrusu, işsiz adam görəndə kürkümə birə düşür, günlərlə qaşınıram. Kasıb-kusub, işsiz, səfil günündə yaşayan insanlardan uzaq qaçmaq, bu adamları ələ salmaq, məzələnmək lazımdı. Məndən sizə tövsiyə, işsizlərdən uzaq qaçın, onlarla məzələnməkdən çəkinməyin. Mən belə tərbiyə almışam, sizə də bunu məsləhət görürəm.

Lap gözümün işığı olsun, işsizdirsə, apar tulla.

Dediyim kimi, kasıb-kusubla, işsizlərlə məzələnmək çox əyləncəlidir. Ürəyimcə əylənmək, iş tapmaq ümidi ilə vurnuxan gəncləri ələ salmaq üçün internet məkanındakı iş elanı, vakansiya saytları mənim üçün ideal məkandır. Həm gündəlik qayğıları unutmaq, həm də boş vaxtlarımda əylənmək üçün bu saytlara tez-tez nəzər salıram. Günün müxtəlif saatlarında ali təhsilli, işsiz namizədlərin CV-lərini gözdən keçirib, yüksək nəaliyyətləri olan işsizlərlə əylənirəm. Zəng edib onları şirkətimə dəvət etməkdən, sonra isə naümid yola salmaqdan ləzzət alıram. İnanın, çox maraqlıdır. Təsəvvür edin, 4-5 xarici dil bilən, nüfuzlu universitetlərdə magistr təhsili alan bir işsiz namizədi ofisə dəvət edib, ona süpürgəçi işi təklif edirəm. O da boynunu büküb məzlum-məzlum üzümə baxır, bu iş üçün uyğun olmadığını izah etməyə başlayır.

Xaxaxaxaxa, xixixixix, hohohoho...

Allah haqqı çox gülməlidir.

Belə məqamlarda üzümə ciddi ifadə verib, barmağımla qapını göstərirəm və zavallı, binəva qapıdan çıxan kimi şaqqanaq çəkirəm! Ləzzət!

Bu əyləncəmi bəzi biznesmen dostlarım manyaklıq, hətta tərbiyəsizlik hesab edir, olsun. Əsas odur ki, mən bundan zövq alıram.

O gün bir iş yeməyində gənc biznesmen dostlarımdan biri yeni əyləncə növü tapdığını dedi. İnanın, sevindiyimdən ayağa qalxıb "Qaytağı" oynadım!

Sən demə, iş elanı saytlarından təkcə əyləncə üçün yox, həm də tanışlıq vasitəsi kimi istifadə etmək mümkündür. Hə vallah. Deməli, açırsan işsiz xanım namizədlərin CV-sini, telefon nömrəsini qeyd edirsən bir dəftərə, sonra da başlayırsan mesajlara. Pəh!

Düzdür, bu işlə məşğul olan çoxlu avara və bivec adamlar da var. Amma iş adamının bu işlə məşğul olması ən gözəl əyləncədir. Biz öz aramızda əyləncəyə "CV-ylə qız tutmaq" adı vermişik. Olduqca gözəl və mükəmməl əyləncədir. Təsəvvür edin ciddi və işgüzar bir xanıma zəng edib və ya mesaj yazıb CV-si ilə tanış olduğunu, fotosunu görüb bəyəndiyini deyirsən. Bununla həm onun iş tapmağa olan ümidini, həm də gələcəklə bağlı qurduğu planların bir qismini məhv edirsən. Bundan gözəl nə ola bilər?

Ötən dəfə Avropadakı partnyor şirkətlərdən birinin prezidentinə bu hobbimdən danışdım. Danışdım deyəndə ki, iş elanları saytından "tutub" müvəqqəti tərcüməçi ştatına götürdüyüm qıza dedim, o da tərcümə elədi. Avropalının üzündəki heyrət ifadəsini bu gün də unuda bilmirəm.

Mən həmişə demişəm, indi də təkrar edirəm: Bu avropalılar yaşamağı bacarmır!

Xülasə, bu yeni əyləncəm mənim həyatıma başqa bir rəng qatıb. İş elanı saytlarını açanlara, onu idarə edən peşəkarlara, vakansiya yerləşdirən şirkətlərə buradan çoxlu salam göndərirəm, təşəkkür edirəm. Onsuz da, heç kəs bu vakansiyalar vasitəsi ilə iş-zad tapmır. Heç olmasa gənclərimiz bu saytlar vasitəsi ilə başını qatır, mənim kimi macərapərəst biznesmenlər də əylənir.
Yaxşı ki, iş elanı saytları var, yoxsa bu qədər savadlı, bacarıqlı, yüksək təhsilli işsizi haradan tapıb məzələnərdik?

Sizə də belə maraqlı əyləncələr arzulayıram.

Di salamat qalın!

Cəlil Cavanşir
Milli.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da koronavirusa görə işsiz qalan 3.3 milyon insan kompensasiyaya müraciət edib

    ABŞ-da koronavirusa görə işsiz qalan 3.3 milyon ...

    27-03-2020, 16:15

  • 
  • Nəqliyyatın "qoçuları" işsiz qalacaq, amma hamısı yox

    Nəqliyyatın "qoçuları" işsiz qalacaq, ...

    20-10-2015, 19:32

  • 
  • Bu video polisləri işsiz qoydu

    Bu video polisləri işsiz qoydu ...

    14-01-2015, 13:22

  • 
  • Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın işsiz var

    Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın ...

    18-12-2019, 11:18

  • 
  • İvanovka sakinləri haray çəkirlər... - "Camaat işsiz qalıb..."

    İvanovka sakinləri haray çəkirlər... - ...

    13-08-2020, 16:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu