GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cahangir Hacıyev yenidən hücuma keçdi: bankirin bacısından və vəkilindən ilginc suallar

Cahangir Hacıyev yenidən hücuma keçdi: bankirin bacısından və vəkilindən ilginc suallar

Tarix: 11-05-2016, 12:00 Bölmə :Ölkə / Manşet Baxış: 0
Cahangir Hacıyev yenidən hücuma keçdi: bankirin bacısından və vəkilindən ilginc suallar

Əminə Hacıyeva: “Qardaşım nə üçün bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır?”

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” qəzetinə müraciət göndərib. Müraciətdə o, qardaşının günahsız yerə həbsdə saxlanmasından bəhs edir və ölkə başçısının nəhayət, həqiqəti araşdırıb ədalətli qərar verəcəyinə inamını bildirir. Müraciətdə deyilir:


Qardaşım Cahangir Hacıyev nəyə görə həbs olunub?


Qondarma “oliqarxların” istintaq işi sona çatmaq üzrədir. Maliyyə Nazirliyinin qabaqcadan düşünülmüş çoxsaylı auditor yoxlamaları pul vəsaitləri ilə əlaqəsi olan faktlar aşkar edə bilmədi. FHN-nin son yoxlamaları da müsbət nətcələr verdi. ABB-dan götürülən kreditlər təyinatı üzrə istifadə olunub. Heç kim heç nə oğurlamayıb. Bəs nə üçün bu müəssisələrin direktorları bütün ili həbsdə yatmalıdırlar?

Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb. İş yerləri tam bağlanıb. Nəinki direktor, eləcə də orada işləyən işçilər də zərər çəkib. Bunu bir təxribat kimi qələmə vermək olar. Belə bir sual ortaya çıxır – Maliyyə Nazirliyi nə məqsəd güdürdü?

İndi isə kreditlərin verilməsi barədə Cahangirə qarşı irəli sürülən ittihama keçək. Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı?

Əgər kreditlərin verilməsi cinayətdirsə, onda buna görə yalnız bir adamı günahlandırmaq ədalətlidirmi?

Istənilən savadlı insan bilir ki, bankların əsas fəaliyyəti kredit verməkdən ibarətdir. Bu halda həm də kreditlər problemli hesab olunmurdular. Onda bəs Cahangirin günahı nədədir?

Axı bütün bu zavod və müəssisələr Azərbaycan torpağında qalacaq. Bundan başqa mən həm də bilmək istərdim ki, mənim xaricə çıxışıma icazə verməmək əmrini kim verib? Nə üçün mən Azərbaycan hüdudlarından kənara çıxa bilmirəm? Yalnız buna görə ki, Cahangir Hacıyevin bacısıyam? Nə üçün mənə anamızın vəfatından sonra üzərinə həbs qoyulan əmlak üzrə vərəsəlik hüququmdan istifadə imkanı verilmir? Ailəmizin heç bir sənədini təsdiq etməmək kimi məxfi əmri Asan Xidmətə kim verib?

Hansı haqla ABB 2015-ci ilin iyul ayında ailəmizə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirərək, bizə bir qəpik də verməmiş və Cahangirin kartoçkasını ödəməmişdir? Belə çıxır ki, bankın rəhbərliyi bizim vəsaitləri qanunsuz şəkildə mənimsəyib.

Bütün bunlara kim cavabdehlik daşımalıdır? Nə üçün bir çox ölkələrdə savadlı maliyyəçi və bankir kimi tanınan və öz ölkəsi qarşısında böyük xidmətləri olan Cahangir, bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır? Axı o azadlıqda olsaydı dövlətimizə daha çox xeyir verə bilərdi. Əminəm ki, hörmətli prezidentimiz bütün bunları araşdıracaq və ədalətli qərar çıxaracaq.

Bankirin ödədiyi 80 milyonun yarısı hara gedib?


Bu arada Cahangir Hacıyevin vəkillərindən biri Əfqan Məmmədov Turan-a maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, 2015-ci ilin may-iyun aylarında Cinayət Məcəlləsinin 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Cahangir Hacıyev bu müddət ərzində 11 dəfə dindirməyə çağırılıb.

O, 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaq üçün istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb. Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. Istintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib: “Lakin bu, heç də yeganə ”sürpriz” deyil, belə ki, müvəkkilimin sözlərinə görə, məbləği 42 mln.-dan çox olan səhmlər bəzi şəxslərin kredit borclarını ödəmək üçün istifadə olunub, qalan hissəsinin haraya olduğu məlum deyil”.

Vəkilin sözlərinə görə, 308-ci maddəyə gəlincə, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Hacıyev bu ittihama etiraz edir ki, kreditləri şəxsən o deyil, bankın filialları verirdi və vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edirdi və Bankın Idarə Heyətinin bütün üzvləri tərəfindən təsdiq edilməsi üçün təqdim edirdi. Yalnız bundan sonra kredit verilirdi.

Bundan başqa, ayrılmış bütün kreditlər konkret layihələr üçün istifadə olunub ki, onlar mövcuddur və həyata keçirilir. “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 mln. mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?”, – deyə vəkil bildirib.

Cahangir Hacıyev həmçinin vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibət nümayiş etdirilməsini “başa düşmür”. Belə ki, o, DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsi tərəfindən həbs edilib, burada onu 38 gün təcrid vəziyyətdə saxlayıblar, heç kimlə hər-hansı əlaqə yaratmasına icazə verməyiblər.

Hazırda Hacıyev Kürdəxanı Təcridxanasında saxlanılır və sözügedən ittihamlara əsasən onu 12 ilədək həbs cəzası gözləyir. “Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb. Amma istintaqın məntiqinə əsasən, Hacıyev mənimsəmədə ittiham olunsa, bu insanlar mənimsəmə faktının iştirakçılarıdır.

Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”, – deyə vəkil sual edib.

“Hacıyev adını verdiyi şəxslərin çağırılıb dindirilmədiyini haradan bilir?” sualına cavabda vəkil deyib ki, bu halda faktla əlaqəsi olan hər kəs üzləşdirilməli idi, amma belə üzləşdirmələr olmayıb.

Irəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğu haqqında suala cavabda vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqqında danışmaq üçün də əsas yoxdur: “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur, iş tövsif edilməlidir”.

Sonda o əlavə edib ki, Cahangir Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.

Əfqan Məmmədov bu yaxınlarda Hacıyevin müdafiəsinə başlayıb və istintaq materiallarını əldə etmək üçün istintaqa müraciət etmək niyyətindədir. Vəkil iş üzrı istintaq Prokurorluğun deyil, DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin aparması ilə bağlı da təəccübünü bildirib. “Bu, Hacıyevin həbsinin əvvəlcədən planlaşdırıldığını göstərir”, vəkil belə hesab edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyev hakimiyyəti “içəri”dən silkələdi

    Cahangir Hacıyev hakimiyyəti “içəri”dən silkələdi ...

    12-05-2016, 13:24

  • 
  • Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA

    Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA ...

    3-10-2017, 17:46

  • 
  • Cahangir Hacıyevin bacısı Fuad Ələsgərova müraciət edib

    Cahangir Hacıyevin bacısı Fuad Ələsgərova ...

    3-10-2018, 00:47

  • 
  • Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - Gürcüstana getmək istəyirmiş

    Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - ...

    29-03-2019, 13:26

  • 
  • “Sizdən kömək istəyirik” — Cahangir Hacıyevin bacısı Prezidentə MÜRACİƏT ETDİ

    “Sizdən kömək istəyirik” — Cahangir Hacıyevin ...

    11-09-2019, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu