Miq.az-ın redaksiyasına daxil olan şikayətə görə, Atəşgah Sığorta Şirkətinin Bərdə rayon filialı vətəndaşları aldatmaqla məşğuldur.
Belə ki, şikayətçi Eynulla Aslanovun sözlərinə görə, 30.08.2015 –ci il tarixində Bərdə rayonunda 99 GE 792 dövlət nömrə nişanlı, özünə məxsus Mersedes E220 markalı avtomobili ilə qəzaya düşüb. Qəza nəticəsində maşına ciddi ziyan dəyib.
Maşın Atəşgah sığorta şirkəti ilə müqavilədə olduğu üçün, hadisə yerinə şirkət işçiləri də dəvət olunub. Hadisə yerinə baxış keçirən sığorta işçiləri maşına dəyən ziyanı 3000 AZN məbləğində qiymətləndirib. Zərərçəkmişə, (Eynulla Aslanov) bu məbləğlə razılaşmadığı təqdirdə, 2 iş günü ərzində maşını şirkətin Mingəçevirdəki servis mərkəzinə aparılmasını təklif ediblər.
Şikayətçi E.Aslanov bildirir ki, Atəşgah sığorta Şirkətinin təklif etdiyi 3000 AZN ilə razılaşıb. Amma, şirkət rəsmi olaraq imzaladığı sənəddə yazılan məbləğdən boyun qaçıraraq, ona 1500 AZN- Bank Respublikanın Bərdə filialına göndərib. E.Aslanov geridə qalan məbləği tələb etdikdə isə "Get başını ağrıtma, kimə şikayət edirsən et, bura bilirsən heç kimindir?” sözləri ilə qarşılaşıb.
Atəşgah sığorta şirkətinin qiymətləndirmə idarəsinin rəisi Elvin Əliyevlə və sığorta işçisi Asim Kazımovla dəfələrlə əlaqə saxlayan Eynulla Aslanov onlardan heç bir müsbət cavab ala bilməyib. Əvəzində isə onlar geridə qalan məbləği ona verməyəcəklərini bildiriblər.
Onları məhkəməyə verəcəyini bildirən zərərçəkmişə "Sənə dəfələrlə demişik ki, bura elə bir adamındır ki, biz məhkəmə falan saymırıq. Ən yaxşısı sən başını ağrıtma, yoxsa sənin üçün yaxşı olmayacaq” deyə cavab veriblər.
Yazıda adı gedən şəxslərin də mövqeyini dinləməyə hazırıq. Miq.az sizlərə hadisə yerindən çəkilmiş fotoları və Atəşgah sığorta şirkətinin imzaladığı sənədlərin fotolarını təqdim edir:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?