İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasında dəyişikliklər olub.
Şuraya sədrlik edən “AXA Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini Lana Çingizovna Gözəlova vəzifəsindən azad edilib.
Onun yerinə “Atəşgah” Sığorta Şirkəti ASC-nin İH-nin sədri Azər Allahverdi oğlu Əliyev təyin edilib.
Bundan başqa, indiyə qədər HŞ-nın üzvü olan “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova Şurada sədr müavini vəzifəsinə gətirilib. O, bu vəzifədə “Atəşgah”ın İH sədrinin müşaviri Tələt Abbasqulu oğlu Səfərovu əvəz edib.
Ü.Cabbarovanın yerinə isə “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlı təyin olunub.//report
Sorğu
Yeni dizaynımız necədir?