“Gündəm Xəbər” qəzetinin redaksiyasına əlil anası Məmmədova Şövkət Yadulla qızı tərəfindən həyacandolu şikayət məktubu ünvanlanıb. O, yazmış olduğu şikayət məktubunda 1 saylı Psixonevroloji Sosial Xidmət Mərkəzində baş alıb gedən qanunsuzluq hallarından bəhs edərək “Gündəm Xəbər”ə bildirir ki, “1988-ci il təvəllüdlü övladım Məmmədov Vüqar Vaqif oğlu, anadangəlmə 1 -ci qrup əlildir. Belə ki, 2010-ci il tarixindən Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji sosial xidmət mərkəzində yerləşdirmişəm. O gündən də oğlum Vüqar orada məskunlaşmış və vaxtaşırı oğluma baş çəkmiş və evə gətirmişəm. 2015-ci il may ayında adı çəkilən xidmət mərkəzinə müdriyyətin dəyişməsindən sonra əlil oğlumun və mənim günüm qara oldu. Belə ki, müdriyyət və mərkəzin med-bratı Rzayev Rəsul oğlum üçün ayrılmış təqaüt kartının onlara verilməsini tələb etmişlər. Mən isə bununla razılaşmayaraq təqaüt kartını onlara vermədim və buna görə də oğlumu dəfələrlə döyüblər. 2015-ci ilin avqust ayında oğlumun yanına gedəndə onu qanlar içində gördüm, onun üz-gözündə salamat yer yox idi. Həmin dövrdə xidmət mərkəzinin müdiriyyətinin çox saylı xahişlərini, oğlumun mərkəzindəki sonrakı hayatını nəzərə alaraq onları bu əməllərə görə bağışladım və hər hansı şikayət etmədim. 2016-ci ilin fevrala ayının 19 da oğlumu evə gətirmişik və onu çimizdirərkən ayağında çox saylı yanıqlar gördüm. Uşağın ayaqları o qədər pis vəziyyətdə idi ki, o iki həfdə yeriyə bilmədi. Onun ayaqlarında 100-dən çox siqaret yanıqları vardı. Uşağı o qədər qorxutmuşlar ki, o bu əməli törədənləri 40 gün məndəm gizlətdi. Nəhayət, uşaq mənə etiraf etdi ki, ona qarşı bu əməlləri xidmət mərkəzinin direktoru Cəfərova Rəhnumə, med-brat Rzayev Rəsul başda olmaqla xidmət mərkəzinin əməkdaşları törədiblər. O izah edti ki, onun əl-ayağını tutduqdan sonra med-brat Rzayev Rəsul siqaret yandıraraq onun ayaqlarına basıb. 30 mart tarixində oğlum bunları mənə etiraf etdikdən sonra, 31 mart tarixində xidmət mərkəzinə gedərək əlil uşağa qarşı bu əməllərin niyə törədildiyini soruşmaq istədim və onları şikayət edəcəyimi bildirdim və onların bu əməllərərə görə qanun qarşısında cavab vərəcəyini söylədim. 1 saylı Psixonevroloji sosial xidmət mərkəzinin direktoru Cəfərova Rəhnumə mənə bildirdi ki, kimə istəyirsən şikayət edə bilərsən, biz heç kimdən qorxub çəkinmirik. Bundan sonra Xəzər RPİ-nin 2-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim. Xəzər Rayon Polis idarəsi isə cinayət işinin başlanmasının rədd edilməsi haqqıda 14.04.2016-cı il tarixində əsasız qərar çıxartmışdır. Göründüyü kimi günahkarlar nüfuzlarından istifadə edərək bu işi ört-basdır etmək istəyirlər. Bir valideyn, dul qadın, ana olaraq mən onsuz da əlil olan övladıma qarşı törədilən bu əmələ dözə bilmirəm və günahkarların layiqli cəza almaları, xidmət mərkəzində məskunlaşmış digər əlil uşaqlara qarşı da gələcəkdə bu cür əməllərin törədilməməsi üçün əlimdən gələni edəcəyəm. Xəbər xidməti
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?