GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının mərkəzində erməni dilində danışanlar - VİDEO

Bakının mərkəzində erməni dilində danışanlar - VİDEO

Tarix: 12-05-2016, 16:36 Bölmə :Ölkə Baxış: 0
Bakının mərkəzində erməni dilində danışanlar - VİDEO

Aprelin əvvəllərində Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən “dördgünlük müharibə” fonunda həm də böyük informasiya savaşı aparıldı. Sosial şəbəkələr və “Youtube” kanalında istər ermənilər, istərsə də azərbaycanlılar müxtəlif təbliğat xarakterli materiallar yayaraq qarşı tərəfi susdurmağa çalışdı.

Azərbaycanlıların yazdığı statuslara erməni ad və soyadı altında qeydiyyatdan keçən feysbuk istifadəçilərinin Azərbaycan dilində yazdığı şərhlərin şahidi olduq. Biz düşmənə öz dilində yox, rusca cavab verə bildik. Bir sözlə, bu qısamüddətli döyüşlər erməni dilini öyrənmək, düşmənə öz dilində cavab vermək zərurətini də artırdı.

Hazırda erməni dilində öyrənmək avantajını qazanan şəxslər Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələridir. Tarix fakültəsində Regionşünaslıq (Qafqaz üzrə) ixtisası üzrə təhsil alanlara iki seçim verilir: erməni və gürcü dilində tədris.

Həm Azərbaycan, həm də rus bölməsində təhsil alan tələbələrə erməni dili öyrədilir. Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatı müəllimi kimi çalışan Xalid Bayramov hər iki bölmədə dərs keçir. Xalid müəllimlə razılaşıb həm rus, həm də Azərbaycan bölməsində təhsil alan və erməni dilini öyrənən tələbələrlə söhbətləşməyə getdik.

“Heç vaxt erməni dilini öyrənmək indiki qədər zəruri olmayıb”

İlk sualımızı Xalid müəllimin özünə ünvanladıq. “Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanda erməni dilinin tədrisini qənaətbəxş saymaq olarmı” sualımızı Xalid müəllim belə cavablayır: “Heç vaxt erməni dilini öyrənmək indiki qədər zəruri olmayıb. Ermənilərlə qonşu olmuşuq, qardaşlıq şəraitində yaşamışıq, sonra isə düşmən olduq. İndi erməni dilini bilməliyik ki, görək bizi söyürlər, yoxsa onlara çörək verdiyimiz, onları yaşatdığımız üçün bizə alqış eləyirlər? Öyrənməliyik ki, görək ermənilər torpaqlarımızı zəbt etdiklərini etiraf edirlər? Onlar göydə Allaha, yerdə azərbaycanlılara təşəkkür etməli idilər, ancaq çörək verdiyimiz ermənilər bizimlə düşmən oldular. Tələbələrimizə erməni dilinin qrammatikasını, ədəbiyyatını öyrədirik. Universitetimizdə bünövrə yaxşı qoyulub, inşallah cari tədris ilində erməni dilinin tədrisi gücləndiriləcək, universitet bu sahəyə diqqətini daha da artıracaq”.

Onun sözlərinə görə, indiyədək hazırladığı kadrlar redaksiyalarda, o cümlədən müxtəlif qurumlarda fəaliyyət göstərirlər.

Əvvəlcə Xalid Bayramovla birgə Tarix fakültəsinin rus bölməsindəki 3-cü kurs tələbələrinin dərsində iştirak etdik. Tələbələrin yarısı erməni, digər yarısı isə gürcü dilini seçib.

“Çox adam erməni dilini öyrəndiyimizə inanmır”

Tələbə Zemfira Ağayeva deyir ki, universitetə qəbul olanda erməni dilində tədris aparılacağından xəbəri olmayıb: “Birinci kursda bizə deyəndə ki, erməni dili tədris olunacaq, bu xəbər qrupdakı bütün tələbələr üçün gözlənilməz oldu. Bakı Dövlət Universitetində erməni dilində tədrisin olduğu elə də təbliğ edilmir. Buna görə də çox adamın bundan xəbəri yoxdur, valideynlərimiz də bu barədə bilmirdi. Kiməsə deyəndə ki, erməni dilini öyrənirik, çox adam inanmır, təəccüblənirlər. Hərdən sual verirlər ki, düşmənin dilini niyə öyrənirsiniz. İzah edəndə də başa düşmürlər”.

Zemfira Ağayeva hesab edir ki, əslində, ermənicəni ibtidai sinifdən şagirdlərə öyrətmək lazımdır: “Düşmənimiz ermənilər məktəblərdə Azərbaycan dilini keçir, bizdə isə ancaq Tarix fakültəsində təhsil alanlara tədris olunur. Məncə, bizdə də erməni dili məktəb dövründən öyrədilməlidir. Fikrimcə, düşmənin dilini bilmək lazımdır. İndi erməni dilində oxuyub yazırıq, dil özü çətindir, amma istəyən öyrənə bilər”.

Müəllimindən “apres qeçis” tərifini eşidən tələbə kimdir?

Xalid Bayramov tələbələrə tapşırıq verir, lövhəyə tələbə Firuzə Hacıyeva çıxır. O, lövhədə “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, “Biz torpaqlarımızı qaytaracağıq” cümlələrini yazır. Qarabağ ismini hallandıran Firuzə Hacıyeva Xalid müəllimdən “apres qeçis”(sağ ol, afərin) tərifini də eşidir.
Firuzə Hacıyevanın sözlərinə görə, düşmənin dilini bilmək vacibdir: “Bu dili öyrənməyin zəruriliyini başa düşürük. Nə qədər çox adam erməni dilini bilsə, bizim üçün o qədər yaxşı olar. Ermənilərin böyük əksəriyyəti dilimizi bilir. Hələ birinci Qarabağ müharibəsində ermənilər Azərbaycan dilində danışırdılar”.

Aprel hadisələri zamanı erməni və Azərbaycan cəmiyyətləri arasındakı informasiya müharibəsinə gəlincə, F.Hacıyeva deyir ki, polemikaları izləsə də, çox vaxt şərh yazmır: “Bir dəfə instaqram səhifəsində bir erməni ilə müzakirə aparmağa çalışdım, gördüm elə öz dediyinin üstündə dayanır, öz xalqı üçün çalışır. Təbii ki, mən də öz xalqımızın haqlı olduğunu qeyd elədim. Erməniləri inandırmaq mümkün deyil ki, tarixiniz səhvdir”.
Xalid Bayramov tələbələrinə tapşırıqlarını verir, may ayı olduğu üçün imtahan biletlərində onlara aydın olmayan məqamları izah edib, Azərbaycan bölməsindəki tələbələrlə görüşə yetişir. Xalid müəllim dəhlizdə deyir ki, tələbələr Səməd Vurğunun “Azərbaycan” şeirini erməni dilində əzbər bilir.

Azərbaycan bölməsindəki tələbələrlə salamlaşdıq, bu dili öyrənən tələbələrə suallarımızı verməyə başladıq. Bu bölmədə oxuyanlar arasında erməni dilində öyrənmək istəyənlər daha çox oğlanlar idi. Xalid müəllim isə tələbəsi Nigar Zeynallını lövhəyə dəvət edib, aprelin əvvəlində cəbhədə baş verən hadisələr haqqında fikirlərini yazmasını xahiş etdi. Bizsə, tələbələrlə söhbətləşdik, fotoqrafımız Elçin Murad onların erməni dilində ermənilərə mesajlarını da videokameramızın yaddaşında köçürdü.

“Erməni əsərlərini birbaşa mənbədən tərcümə etmək niyyətim var”

Tələbə Gülcənnət Hüseynli söyləyir ki, Tarix fakültəsinə qəbul olmazdan öncə erməni dilinin tədris olunduğundan xəbərdar imiş: “Atam tarixçidir, özü bu fakültədə çalışır, ona görə də tədris olunan fənlər haqqında məlumatım vardı. Tarix sahəsi və eyni zamanda diplomatiyaya çox böyük marağım vardı. Bu səbəbdən düşündüm ki, Qafqazda birinci yaranmış universitetlərdən biri olan Bakı Dövlət Universitetində sırf Qafqaz regionunu öyrənmək daha müsbət haldır.

Erməni dili bizim ölkəmiz üçün çox vacibdir. Biz müharibə şəraitində yaşayırıq, bir sıra tarixi mənbələrimiz, Alban tarixinə dair əsərlər erməni kilsələrində qorunub saxlanılır. Onlar da erməni dilində yazılıb. Həm tarixi, həm də diplomatik və hərbi baxımdan Qafqazşünaslıq ixtisası ölkə üçün çox yaralı ixtisasdır. İxtisas seçərkən də maksimum ölkəmə və cəmiyyətə nə dərəcədə fayda verə biləcəyimi düşündüyüm üçün məhz bu ixtisası seçdim. Tədris aldığım üç il ərzində görürəm ki, seçimimdə yanılmamışam. Erməni dilini bilməklə erməni tarixçilərinin əsərlərini oxumaq şansı əldə etmişik, həm də erməni mətbuatında hadisələrin necə şərh edildiyini öyrənə bilirik və nəticədə daha faydalı iş görə, ermənilərə elmi yolla cavab verə bilirik. Arzu edirəm ki, erməni qaynaqlarından rus dilinə tərcümə edəndə erməni tarixçiləri tərəfindən əlavə olunan fikirləri və təhrifləri sübuta yetirim. Erməni əsərlərini birbaşa mənbədən tərcümə etmək niyyətim var”.

Gülcənnət Hüseynlinin sözlərinə görə, BDU-da aldıqları təhsil çərçivəsində erməni dilinə yiyələnmək mümkündür:

“Biz birinci kursdan etibarən üçüncü kursadək semestr ərzində 120 saat erməni dilində dərs keçirik. Başqa heç bir fənnə bu qədər saat ayrılmayıb. Akademik səviyyədə bilməsək də, orta səviyyədə öyrənə bilmişik”.
Xalid müəllim tələbəsinin təvazökarlıq etdiyini söyləyir: “Hamıdan yaxşı danışan da, yazan da, başa düşən də elə Gülcənnətdir”.

“Nifrətim artdıqca istəyirəm ki...”

Tərtər bölgəsindən olan Həsənzadə Amil deyir ki, ermənilər Tərtərdə böyük dağıntılar törətdiyi üçün insanların ermənilərə qarşı nifrəti də artıb: “Nifrətimiz artdıqca istəyirəm ki, onların dilini öyrənib öz dillərində danışım, cavablarını verim. Gürcü dilini öyrənməklə yalnız Gürcüstanla bağlı çalışmaq olar, ancaq Azərbaycanın düşməni olan Ermənistanın dilini öyrənməyi daha əhəmiyyətli saydım. Məncə, düşmənimizlə öz dilində danışmaq daha yaxşıdır”.

“Ermənilərin verdiyi xəbərlər dezinformasiyadan başqa bir şey deyil”

Nigar Zeynallı qeyd edir ki, düşmənə qalib gəlmək üçün birinci onun dilini bilmək lazımdır: “Müharibə təkcə cəbhədə davam etmir, həm də informasiya müharibəsi gedir, bəlkə də əsas müharibə elə budur. Erməni saytlarını, sosial şəbəkədəki səhifələrini davamlı olaraq izləyirəm. Onların verdiyi xəbərlər dezinformasiya, yalandan başqa bir şey deyil. Məncə, onlara hər hansı rəy bildirməyə belə dəyməz. Normal fikir bildirirsən, onlar başa düşmürlər, o dəqiqə lazımsız söz-söhbətlərə keçirlər. Ermənilər öz dillərində belə başa düşmək istəmirlər ki, Qarabağ Azərbaycan torpağındadır”.

“Düşmənin dilini bilmək daha çox məntiqəuyğundur”

Zaur Hüseynzadə vurğulayır ki, uzunmüddətli Ermənistanla münaqişədə yaşayırıq, buna görə də düşmənin dilini bilmək daha çox məntiqəuyğundur: “Oğlanlar hərbi xidmətə gedəndə ən azı kəşfiyyatçı kimi öz gücümüzdən istifadə edə bilərik. Rabitə əlaqələri zamanı erməni dilində olan məlumatları tərcümə edib dövlətimizə kömək etmiş olarıq”.

Azərbaycanlı tələbələrin ermənilərə ünvanlanmış mesajını, o cümlədən xorla səsləndirdikləri “Azərbaycan” şeirini təqdim edirik:


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan telekanalında erməni dilində veriliş...

    Azərbaycan telekanalında erməni dilində veriliş... ...

    21-12-2013, 12:45

  • 
  • Ramiz Mehdiyevin Bankı Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT

    Ramiz Mehdiyevin Bankı Qarabağı erməni dilində ...

    24-07-2020, 16:53

  • 
  • “Google Maps”dən Azərbaycana qarşı yeni təxribat

    “Google Maps”dən Azərbaycana qarşı yeni təxribat ...

    17-11-2014, 21:24

  • 
  • AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ BAŞLAYIR?

    AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ ...

    24-01-2014, 13:24

  • 
  • Ermənilərdən daha bir həyasızlıq - Azərbaycan dilində "Baku.am" - FOTO

    Ermənilərdən daha bir həyasızlıq - Azərbaycan ...

    15-03-2016, 17:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu