Azərbaycanın hərbi təyyarələri vəziyyətin gərginləşməsi ilə əlaqədar cəbhə boyu uçuşlar həyata keçirir
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
APA-nın məlumatına görə, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.
Cəbhənin Tovuz rayonu istiqamətində isə Azərbaycan hərbçiləri düşmənin hərbi maşınını sıradan çıxarıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?