MDB müdafiə nazirlərinin Moskvada iclası təyin olunub
gundemxeber.az Dekabrın 11-də MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada iclası olacaq. Bu barədə MDB-nin İcraiyyə Komitəsinin yaydığı açıqlamada deyilir. İclasda Azərbyacan, Ermənistan, Belorus, Qazaxıstan, Rusiya, Tacikstan, Türkmənistan, Özbəkistan və Ukraynanın müdafiə nazirlərinin iştirakı edəcəyi planlaşdırılır.
Nazirlər MDB-də hərbi əməkdaşlığa dair 20 məsələni müzakirə edəcəklər. Əsas müzakirə mövzularından biri 2013-cü ildə keçirilməsi nəzərdə tutulan MDB ölkələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə tədbiri ətrafında aparılan danışıqlar olacaq.
Müdafiə nazirləri həmçinin MDB-də dövlət radiolokasiya təyini ilə bağlı Vahid sistemin Konsepsiyası barədə layihəni də müzakirəyə çıxaracaqlar. Bu layihə radioktiv, kimyəvi və bioloji vəziyyətlə bağlı informasiya mübadiləsi üçün hərbi idarələrin birgə əməkdaşlığını nəzərdə tutur.
Tədbir iştiakçıları hərbi mühəndis xidməti üçün kadr hazırlığı və topoqrafik xidmət üçün pedaqoji kadrların hazırlanmasını da müzakirə edəclər. Böyük Vətən Müharibəsində qələbinin 70 illiyi ilə bağlı bayram hazırlıqlarının aparılması diqqət mərkəzində olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?