Mir.Az-ın məlumatına görə,bayram günlərində (22-23 mart) Sumqayıtdakı məhəllələrdən birində iki nəfər arasında bıçaqlanma hadisəsi olub. Bununla bağlı əməliyyat keçirən polislər isə hadisəyə aidiyyatı olmayan başqa bir nəfəri saxlayaraq, zorla boynuna qoymaq istəyib ki, cinayəti o törədib. Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsində həmin adama saatlarla ağır işğəncələr verilib. Polis rəisi bildirib ki, əgər cinayəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər.
Günahsız yerə saxlanaraq işgəncələrə məruz qaldığını hazırda xəstəxanada yatan həmin vətəndaş məşhur bloqçu və sosial şəbəkə fəalı Mehman Hüseynova danışıb. M.Hüseynov videoreportajı "Sancaq" feysbuk səhifəsində yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?