Ucar rayon sakini həmkəndlilərini güllələyib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Daşqın Muxtar oğlu Həsənov həmkəndliləri - 1985-ci il təvəllüdlü Aqil Şəmsəddin oğlu Fərzəliyevə və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Qalib qızı Fərzəliyevaya ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Xəsarət alan şəxslər təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra hər ikisi müalicə olunmaq üçün Bakıya göndərilib. Məlumata görə, D. Həsənovun çaqqala atdığı güllə təsadüfən qonşularına dəyib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?