Ucar Rayon Mərkəzi Xəstəxanasında Zərdab Rayon sakini 1985-ci il təvəllüdlü Dilarə Mehdiyevanın dünyaya gətirdiyi körpəsi doğuş zamanı ginekoloq-həkim Səadət Əliyevanın səriştəsizliy nəyicəsində ölüb. Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mətbuatda bu barədə gedən məlumatda Dilarə Mehdiyevanın Ucar rayon sakini kimi və uşağın doğuşdan bir-neçə saat öldüyü yalnış olaraq qeyd edilib. Qeyd edək ki, Dilarə Mehdiyeva Zərdab rayon sakini olmaqla həmin rayonda yaşayır. Zərdab Mərkəzi Rayon Xəstəxanasında şəraitsizlik olduğundan həmin rayonun sakinləri qonşu Ucar Mərkəzi Rayon Xəstəxanasına üz tuturlar. Körpə isə ginekoloq-həkim Səadət Əliyevanın səriştəsizliyi nəticəsində doğuş zamanı ölüb. Ginekoloq-həkim Səadət Əliyevanın savadsızlığı və səriştəsizliyi ilk dəfə ana olmağa hazırlaşan Zərdab rayon sakini Dilarə Mehdiyevanın arzusunu gözündə qoydu. Faktla bağlı Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?