GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oğlu oğurlammış başçının müdhiş macəraları

Oğlu oğurlammış başçının müdhiş macəraları

Tarix: 8-12-2012, 12:32 Bölmə :Ölkə Baxış: 1 151
Oğlu oğurlammış başçının müdhiş macəraları

Keçmiş icra başçısı Rafiq Alışov oğurlanmış oğlunu azad etmək üçün əməliyyat qurub; müəssisənin direktoru qorxuya düşərək dünyasını dəyişib

Qobustan rayonunda fəaliyyət göstərən “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinin direktoru Atababa Isayevin 1997-ci ildə qəfil dünyasını dəyişməsi hələ də rayonda müzakirə mövzusudur. Rayon sakinləri səhətində hər hansı problem müşahidə olunmayan direktorun qəfil ölümündə rayon hansısa müəmmalar axtarırlar. Və əslində sakinlər bu hadisəyə sıradan bir olay kimi yanaşmamaqda haqlıdırlar. Bu günlərdə redaksiyamıza bu hadisə ilə bağlı daxil olan məlumatlardan aydın olur ki, Atababa Isayevin qəfil ölümünün kökündə müdhiş maxinasiya dayanır.

İcra başçısı oğlunu azad etmək üçün pul axtarır

Həmin məlumatlarda bildirilir ki, 1997-ci ildə Qobustanın icra başçısı olmuş Rafiq Alışovun Vüqar adlı oğlu oğurlanıb. Yeri gəlmişkən, Atababa Isayevlə Rafiq Alışov yaxın qohumdurlar. Rafiq Alışovdan oğlunu azad edilməsi müqabilində külli miqdarda pul tələb edilib. Icra başçısı tələb olunan pulu toplamaq üçün yaxın qohumlarına və dostlarına müraciət etsə də, heç bir nəticə hasil olmayıb. Bu halda Rafiq Alışov oğlunu azad etmək üçün Atababa Isayevin direktoru olduğu “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssəsisindən yararlanmaq qərarına gəlib. Mərkəzi Bankdakı dostları icra başçısına bildiriblər ki, o, girov müqabilində kredit götürə və həmin pulla oğlunu azad edə bilər.

Bankdan kredit götürmək üçün əməliyyat

Rafiq Alışov da bu məsləhətə qulaq asaraq kredit götürmək üçün əməliyyat qurub. O, əvvəlcə 19 iyun 1997-ci il tarixli 36 saylı sərəncamı ilə (sərəncamın surəti əlimizdədir) Qobustanda fəaliyyət göstərən Təcrübə Sınaq Daş Karxanasını “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinə birləşdirib. 30 iyun 1997-ci il tarixdə isə “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinin 603 min AZN (o vaxtkı pulla 3 milyard 15 milyon manat) dəyərində olan əsas vəsaitlərini Aqrar Sənaye Bankının Qobustan filialına girov qoyaraq təxminən 1 milyon AZN (köhnə pulla 4 milyard 464 milyon 500 min manat) kredit götürür. Maraqlıdır ki, pul elə kredit müqaviləsi bağlanan gün, yəni 30 iyun 1997-ci il tarixdə müəssisənin hesabına köçürülür. Buradan da nəqdiləşdirilərək Vüqarın azad olunmasına sərf edilir. Atababa Isayev Rafiq Alışovun bu əməliyyatından qorxuya düşərək dünyasını dəyişir. Icra başçısı isə sonrakı fəaliyyətini götürülən pulu “yox”a çıxarmağa sərf edir. Əvvəlcə əsas borcun üzərinə gələn faiz borcu “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinin təsərrüfat hissəsinin islahata getməsindən istifadə edilərək məqsədli şəkildə müəssisənin kənd təsərrüfatı hissəsinin üstünə atılır və silinir. Baxmayaraq ki, həmin borc müəssisənin sənaye hissəsinin əsas vəsaitlərinin girov qoyulması hesabına götürülüb.

Maliyyə Nazirliyi də pulun taleyilə maraqlanmayıb

Daha sonra isə borcun guya müəssisəyə aid olmaması barədə sənədlər hazırlanır. Aqrar Sənaye Bankın Qobustan filialının o zamank müdiri B.Kərimov Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 10.06.1999-cu il tarixli 42 saylı məktubunda iddia edir ki, guya daş karxanası “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinə birləşənə qədər həmin borc mövcud imiş. Buradan aydın olur ki, daş karxanasının müəssisəyə birləşdirilməsi Rafiq Alışova buna görə lazım imiş. Lakin B.Kərimov başqa məktubu ilə özünü də icra başçısını da ifşa edir. Onun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə yazdığı başqa bir məktubda adıçəkilən “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinin sənaye hissəsinin özəlləşdirilməsi zamanı bankdan götürülən kreditin dövlətə qaytarılması üçün kömək etməyini xahiş edib (Bu sənədlər də redaksiyamıza təqdim edilib). Bununla da B.Kərimov təsdiq edir ki, kredit əvvəlcədən mövcud olmayıb və “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisənin adına götürülüb.
Rafiq Alışov alınan pulun elə müəssisə üçün səfr olunduğunu iddia edə bilər. Lakin məsələ burasındadır ki, 1999-cu il 26 iyunda Maliyyə Nazirliyinin Baş Təftiş Idarəsinin Sumqayıt şəhər şöbəsinin rəisi B.P.Məhərrəmovun rəhbərliyilə maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması və borcun taleyi ilə əlaqədar yoxlama komissiyası akt (aktı redaksiyamıza təqdim edilib) tərtib edib. Komissiyanın tərtib etdiyi aktda müəyyən olunur ki, 1997, 1998 və 1999-cu illərdə müəssisədə istehsal olmayıb. Yəni, müəssisə kənardan xammal almayıb. O zaman sual olunur ki, bəs alınmış kredit hara sərf edilib? Aktda da bu barədə heç bir məlumat verilmir. Bu isə pulun müəssisə üçün sər edilmədiyi barədə şübhələrə əsas verir.

Dövlət müəssisəsinin əmlakı “yox”a çıxıb

Bundan başqa Rafiq Alışovun bu əməliyyatda ona yardımçı olmuş şəxslərin mükafatlandırması barədə məlumatlar var. Bildirilir ki, keçmiş icra başçısı Mərkəzi Bankın rəhbərliyindəki dostlarından birinə Şamaxıda dəbdəbəli villa tikib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bu maxinasiyanı aşkar edəndə yaxın tanışları vasitəsilə onunla əlaqəyə girib və komitə sədrini bir villa ilə razı salıb.

Yeri gəlmişkən, “Günəşli” Üzüm Istehsalı və Emalı Müəssisəsinin sənaye hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilib. Kredit müqaviləsində göstərilir ki, banka girov qoyulan müəssisənin sənaye hissəsinin əsas vəsaitləri 603 min AZN (köhnə pulla 3 milyard 15 milyon manat) dəyərindədir. Indi bu əsas vəsaitlərin taleyi də qaranlıqdır. Müəssisəsinin balansında olan binalar, qurğular, avandanlıqlar, nəqliyyat vasitələri ilə bağlı nə baş verdiyi bəlli deyil. Həmçinin müəssisəsinin Təklə kəndində yerləşdiyi sənaye hissəsinin 3 hektar torpaq sahəsi ilə bağlı məsələ də qaranlıqdır. Bunların hesabı təbii ki, Kərəm Həsənovdan soruşulmalıdır.(azadliq.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edilib

    Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum ...

    20-04-2016, 23:34

  • 
  • İcra başçısı oğlunu azad etdirdi

    İcra başçısı oğlunu azad etdirdi ...

    2-07-2015, 14:50

  • 
  • Vidadi İsayevin Bərdə zülmü

    Vidadi İsayevin Bərdə zülmü ...

    18-06-2013, 18:21

  • 
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu