İcra başçısnın söküntü əməliyyatına qarşı aclıq aksiyası Bərdə rayon Bakı küçəsində magaza binasında yaşayan Bagirov Elman Məmməd oğlu ölkə rəhbərliyinə müraciət edib. Surəti redaksiyamıza göndərilən müraciətdə vətəndaş üzləşdiyi qanunsuzluqlardan təngə gəldiyini və bu səbəndən aclıq aksiyasına başladığını bildirir. Müraciətdə deyilir: “2 il məhkəmələrdə ilan kimi sürünmüşük, müxtəlif dövlət orqanlarına 200-dən artıq şikayət məktubu göndərmişik, amma bütün bunların hec bir fadaysı olmayıb. İyun ayının 5 dən aclıq aksiyasına başlamışam və qanuni tələblərim yerinə yetirtilməyincə aksiyanı dayandırmayacam. Bərdə rayon icra hakimiyətinin başçısı Vidadi İsayevin çirkin siyasəti nəticəsində evmizi uçurdublar, 50 nəfərlik iş yeri dağıdıldı. İndi bizi elə bil vəziyyətə gətiriblər ki, ailevi aclıq aksiyasıa başlamağa qərar vermişik. Bu da nəticə verməsə aclıq aksiyasını Prezident Adminstrasiyasının qarşısında davam etdirəcəyik.”
Sorğu
Yeni dizaynımız necədir?