AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev birinci instansiya məhkəməsinin hökmündən yenidən kassasiya şikayəti verib.
Bu barədə virtualaz.org-a A.Abdullayevin vəkili Osman Kazımov deyib. O bildirib ki, kassasiya şikayətinə Ali Məhkəmədə iyunun 1-də baxılacaq.
Qeyd edək ki, A.Abdullayev 2015-ci il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev kassasiya şikayətini geri götürürdüyünü bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?