AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində çıxarılan hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb.
Bu haqda iş adamının vəkili Osman Kazımov məlumat verib.
Report-un xəbərinə görə, martın 9-da Ali Məhkəmə A.Abdullayein kassasiya şikayətinə baxmalı idi. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən proses kassasiya şikayətinin geri götürülməsi səbəbindən təxirə salınıb.
Vəkil şikayətin geri götürülməsinin səbəblərini şərh etməyib.
Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində O, 13 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.
A. Abdullayev bir neçə gün əvvəl ölkə başçısına müraciət etmişdi. O, barəsində çıxarılan məhkəmə qərarlarının qanunsuz olduğunu vurulayaraq, ölkə başçısından ona qarşı yol verilən qanunsuzluqlara son qoyulmasında yardım istəmişdi.
Sorğu
Yeni dizaynımız necədir?