GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərişıq” ASC-nin Cəlilabad EPŞ-də özbaşınalıq

“Azərişıq” ASC-nin Cəlilabad EPŞ-də özbaşınalıq

Tarix: 23-05-2016, 14:08 Bölmə :Ölkə Baxış: 0
“Azərişıq” ASC-nin  Cəlilabad EPŞ-də özbaşınalıq

Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə Aydın Məmmədov müdir təyin olunanduqdan sonra, rayonun elektrik təminatı sahəsində özbaşınalıq baş alıb getdi. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, bu gün Aydın Məmmədov yeni təyin etdiyi adamları ilə vətəndaşların həyətinə qanunsuz soxularaq, onların işıqlarını kəsir. Vətəndaşlar əksər hallarda borcu olmasa da, 30-40 manat, hətta 5 manat borcu olsa da, işıqlarını kəsir ki, onlarda rəhbərliyə qarşı qorxu atmosferi yarada bilsin. Aydın Məmmədov yuxarı dövlət orqanlarında elə bir fikir formalaşdırır ki, guya o dövlətin büdcəsinə pullar köçürür və özünü bu yolda “fəda etməyi” də bacarır. Amma, əsl reallıq tamam başqa bir ab-havadan xəbər verir. Aydln Məmmədov nəinki abonentləri, hətta rayonun dövlət orqanlarını da qorxutmaqla məşğuldur ki, heç kəs onun yeyintilərinə müdaxilə etməsin. Məhz bunun nəticəsidir ki, rayonun mərkəzi küçəsi Heydər Əliyev prospekti bir aya yaxındır ki gecələr işıqsızdır.
Mən “Gündəm Xəbər”ə yazmış olduğum məktubumda rayon sakinlərini narahat edən başqa bir məsələ barəsində də danışmaq istəyirəm. 07 aprel 2016-cı il tarixdə gecə saat 23.00 radələrində, Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov, rayonun Albalan kənd sakini Ağayev Adış Quzuçu oğlunun evinə soxularaq, onun istifadə etdiyi elektrik enerjisini kəsmək istərkən vətəndaşın ürəyi partlayıb ölmüşdür. Aydın Məmmədovun qəfildən gecə saatlarında vətəndaşın evinə hücum etməsi, yaratdığı hay-küy, ev sakinlərinə fiziki və psixoloji təzyiq 50 yaşında olan Aydın Məmmədovun əsəb gərginliyinə gətirib səbəb olmuş, onun ürəyi partlayaraq dünyasını dəyişmişdir. Baş verən hadisələrlə bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılsa da, nədənsə iş müəmmalı səbəblər ucbatından ört-basdır edilmişdir. Rayon sakinləri adından xahiş edirəm ki, Aydın Məmmədovun günahı ucbatından dünyasını dəyişmiş bu şəxs barəsində başlanmış cinayət işi yenidən qaldırılsın və haqq-ədalət öz yerini tapsın. Media nümayəndələrindən də xahiş edirəm ki, baş verən problemlərin işıqlandırılmasında dəstək olsunlar.
Bu gün rayonda qeyri-leqal borclara görə əhalinin işığını kəsib tökürlər. Amma əsl borcu olanların aktları gizlədilir. Həqiqət ondan ibarətdir ki, Günəşli, Petrovka, Maşlıq kəndlərinin, Göytəpə qəsəbəsinin və rayonun Məhəmməd Hadi küçəsinin abonentlərinin real borcları gizlədilir. Xahiş edirəm ki, dövlət orqanları bu kəndlərin əhalisinin işığa olan borclarını və yığım arasındakı fərqi yoxlasınlar, onda hansı oyunların oynanıldığı ortaya çıxacaq. Qanunla ödəniş poçtla köçürməli, amma sadaladığımız və digər kəndlərdə əhalinin pulunu aparıb poçta ödəməyə imkan vermirlər. Rayonun kəndlərində abonentlər işığa olan borclarını birbaşa nəzarətçilərə verirlər. Nəzarətçilər isə qəbzlərlə hansı oyun olsa çıxarırlar və büdcəyə keçəcək pullar mənimsənilir. Qəbzin nüsxələri poçtda olmalıdır, amma sadaladığımız kəndlərində qəbzlər hamısı nəzarətçilərin əlindədir. Xahiş edirəm ki, rayonun Muğan-Hamarqışlaq və Uzuntəpə kəndlərində abonentlərinin ödədiyi əllərində olan çeklərlə Cəlilabad EPŞ bazasında olan göstəriciləri tutuşdurasınız. Onda
görəcəksiniz ki, kəskin fərqlər üzə çıxacaq. Əhalinin işığa görə ödədiyi pulların çox hissəsi büdcəyə daxil olmur, möhtəkirlərin ciblərinə axır.
Qəbzlər adətən 3 nüsxədən ibarət olur. Abonent borcunu verərkən qəbzlərin arasına qara kraskalı kopirovka kağızı qoyurlar ki, üstə yazılan yazı altdakı nüsxələrə də düşsün. Lakin nəzarətçilər abonentdən pulu alarkən üstdəki məbləği düzgün yazıb vətəndaşın özünə qaytardıqları halda, altdakı nüsxələrin solğunluğundan istifadə edərək xırda məbləğ yazıb idarəyə təhvil verirlər. Məsələn, vətəndaş işığa olan borcuna 30 və ya 50 manat ödəyib çekini nəzarətçidən alır. Nəzarətçi isə o bir nüsxələrdə düzəlişlər apararaq sıfırları silir, müvafiq olaraq həmin rəqəmləri 3 və ya 5 yazaraq, aparıb o biri nüsxədə idarəyə təhvil verirlər. Beləliklə, vətəndaşın ödədiyi məbləğin çox hissəsi dövlətə deyil, kimlərinsə ciblərinə axır. Aydın Məmmədov Cəlilabad EPŞ-nə müdir təyin olunduqdan sonra, belə bu üsulla mənimsəmələr geniş vüsət almışdır. Ən böyük oğurluq Göytəpə qəsəbəsində davam etdirilir.
Dövlət orqanlarından, respublikanın hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində baş verən “Qəbzlərin Alt-Üst Əməliyyatı” ilə bağlı təhqiqat aparılsın. Hal-hazırda rayonun bir çox kəndlərində qəbzlər qeyri-qanuni olaraq nəzarətçilərin əlindədir və onlar yuxarıda dediyimiz qəbzlərin alt-üst yazılması ilə vətəndaşın dövlətə ödədiyi pulu oğurlayırlar. Məhz buna görə də tez-tez vətəndaşın ödədiyi pul ilə idarənin göstəriciləri arasında uyğunsuzluq yaranır. Nəticədə vətəndaşla EPŞ arasında narazılıq qalxır, vətəndaş pulunun oğurlandığını və haqq-ədalətsizliyi görüb işıq pulu verməkdən imtina edir. Maşlıq, Muğan, Uzuntəpə, Hamarqışlaq, Ləkin, Kövüzbulaq, Cəlayir kəndlərinin camaatı işıq pulunu poçta ödəmək istəsələr də, onlara imkan verilmir, nəzarətçilər pulun onlara verilməsini tələb edirlər. Nəzarətçilər abonentlərə heç bir qəbz vermir, sadəcə pulları alıb gedirlər, 2-3 gündən sonra isə vətəndaşın evinə qəbz verir ki, filan qədər ödəmisən. Bütün bu qanunsuzluqlara son qoyilmalıdır.
Rayonun Əhməd Cavad küçəsində isə (Astanabad) böyük bir fırıldaq quraraq külli miqdarda dövlət pulunu mənimsədilər. Bu kəndin əhalisi kasıb olduğundan onların işığa çoxlu borcu yaranmışdı. Müdir Aydın Məmmədov Astanabad abonentlərinin köhnədən qurulmuş 3 faza sayğaclarını yeniləri ilə əvəz etdi. Əhalidən rüşvət toplayaraq köhnədən qalan borcları yoxa çıxardılar. Abonentlərdən 300 manatdan pul toplayaraq köhnə borcları sildilər. Hal-hazırda Astanabad sakinlərinin evlərinə yeni sayğaclar qoyulmuşdur və Aydın Məmmədov bu işlərdən də külli miqdarda qazanc əldə edir. Köhnə sayğacların isə hara yox olduğu bilinmir. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki bu məsələyə də aydınlıq gətirsinlər.
Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin mühasibat kağızları və eləcə də əhalinin dövriyyəsi tam yoxlanılsın, elektrik sistemində olan kütləvi yeyintilərə son qoyulsun.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərişıq” ASC-nin  Cəlilabad EPŞ-də özbaşınalıq

    “Azərişıq” ASC-nin Cəlilabad EPŞ-də özbaşınalıq ...

    23-05-2016, 14:11

  • 
  • Cəlilabad İşıq İdarəsinin müdiriylə borclu adamlar arasında münaqişə

    Cəlilabad İşıq İdarəsinin müdiriylə borclu ...

    10-06-2016, 17:36

  • 
  • Hüsaməddin Mirzəyev cinayət məsuliyyətindən necə yayınıb?

    Hüsaməddin Mirzəyev cinayət məsuliyyətindən necə ...

    14-03-2018, 20:21

  • 
  • Cəlilabadda idarə rəisi kabinetində döyüldü

    Cəlilabadda idarə rəisi kabinetində döyüldü ...

    4-07-2017, 11:39

  • 
  • Baş həkim 30 min borcu işçilərin dərisindən qoparır - Füzulidə

    Baş həkim 30 min borcu işçilərin dərisindən ...

    6-01-2018, 17:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu