Bakı-Sumqayıt magistralında "pritonlar" çiçəklənmə dövrünü yaşayır Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əməyə cəlb etmə halları 22 faiz artıb. Bunu ötən ay Milli Məclisin iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2015-ci il üzrə illik hesabatı təqdim edərkən qeyd edib. Maraqlıdır ki, hər il olduğu kimi insan alveri və ona qarşı mübarizə ilə bağlı statistika əks olunanda belə halların ölkəmizdə artamsını müşahidə edirik. Hətta vəziyyət o həddə çatıb ki, Ombudsman Elmira Sülüymanova da son illər Azərbaycanda insan alverinin, xüsusilə də əxlaqsızlıq yuvalarının durmadan, kəskin şəkildə artamsını etiraf edir. Əslində nə qədər acınacaqlı olsa da, qeyd etmək lazımdır ki, dünyada insan alveri ən gəlirli sahələrdən biri hesab olunur və bu sahədən əldə edilən gəlirlər milyonlarla ölçülür. Elə Azərbaycanda da bu sahədən milyonlarla gəlir əldə edənlər az deyil. Ölkəmizdə əxlasızlıq yuvalarının sayında artımın müşahidə edilməsi isə onu göstərir ki, məhz hüquq-mühafizə orqanlarının məsələyə biganə yanaşmasıdır. Düzdür, bəzi hallarda Daxili İşlər Nazirliyinin əməkdaşları əxlaqsızlıq yuvalarına qarşı mübarizə tədbirləri görürlər. Lakin bu tədbirlər bir nəticə vermir. Çünki bəzi hallarda həmin əxlaqsızlıq yuvalarının rahat fəaliyyət göstərməsi polisin himayəçiliyindən qaynaqlanır. Bunun müqabilində isə həmin əxlaszılıq yuvaları bəzi polis əməkdaşlarına aylıq haqq ödəyirlər. Məhz bu səbəbdən də əxlaqsızlıq yuvalarının tuğyan etdiyi bir məkana polis müdaxiləsi olunmur. Xüsusilə də əxlaqsızlıq yuvalarının yerləşdiyi məkanlardan biri isə Bakı-Sumqayıt yolunun üstündə yerləşən, möhtəşəmliyi ilə insanları cəlb edən "Neapol" restoranından başlayaraq Sumqayıt şəhəri istiqamətində yol boyu bu cür restoranları göstərmək olar. Hansı ki, gecə saatlarından başlayaraq səhər saatlarına qədər rahat şəkildə fəaliyyət göstərirlər. Bundan əlavə 7news.az saytının məlumatına görə, adı çəkilən restoran bir müddət əvvəl ləgv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, hal hazırda həbsdə olan general Akif Çovdarovun nəzarətində olub. Saytın məlumatına görə, "Neapol" restoranı sahibkarların, habelə məmurların və onların övladlarının şantaj edilməsində MTN-nin xidmətində dayanıb. Əslində üzdə şadlıq sarayı kimi və arxa planda daha çox əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu restoranda yerləşdirilmiş gizli kameralar vasitəsilə ora gələn məmur övladlarının və sahibkarların əyləncələrini lentə alaraq Akif Çovdarova ötürülürmüş. "Neapol" rəhbərliyinin bu xidməti müqabilində isə MTN-nin həmin obyektə "krışalıq" edirmiş. Maraqlıdır ki, görəsən adı çəkilən restoranı indi hansı məmur himayə edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?