GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kristal Abşeron MTK vətəndaşı ölüm həddinə çatdırıb

Kristal Abşeron MTK vətəndaşı ölüm həddinə çatdırıb

Tarix: 24-05-2016, 23:02 Bölmə :Ölkə Baxış: 0
Kristal Abşeron MTK vətəndaşı ölüm həddinə çatdırıb

Vətəndaşların çətinlik çəkdiyi problemlərdən biri də etibarlı tikinti şirkəti tapmaqdır. Çünki bu günə kimi onlarla tikinti firması payçıları aldadıb.
Onlar gah bir mənzili bir neçə payçıya satıb, gah inşaatı yarımçıq qoyub, yaxud da evlərin təhvil verilməsini gecikdiriblər.
Hazırda əmlak almaq istəyənlərin əlində iri həcmdə pul kütləsi olmadığından yeni tikilmiş binalardan hissə-hissə ödəmək şərti ilə mənzilə sahiblənirlər.
Ancaq tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi əlavə problem yaradır.
Adı müxtəlif qalmaqallarda hallanan tikinti şirkətlərindən biri də "Kristal Abşeron" MTK şirkətidir. Belə ki, adı qeyd olunan şirkət son dövrlər müştərilərini incitməklə və onları dolandırmaqla məşğuldur. Şirkətin qanunsuzluqlarından şikayətlənən müştərilər artıq cana doyduqlarını və dəfələrlə aidiyyatı orqanlara şikayət etdiklərini bildirirlər. Ötən gün Xalqxeber.Az-ın redaksiyasına ərizə ilə müraciət edən İbişov Rəşad Kamil oğlu "Kristal Abşeron" MTK şirkətinin qanunsuzluqlarından cana doyduğunu və özünə qəsd edəcəyini bildirmişdir. Vətəndaşın sözlərinə görə, O, 2013-cü ilin avqust ayından Kristal Abşeron MTK-nın tikdiyi ev 1, mənzil 24-də yaşayır. İbişov bildirir ki, 2013-cü ildə adı qeyd olunan tikinti şirkətindən 41.6 kv.metr, 1 otaqlı mənzili kredit müqaviləsi əsasında almışam. Mən evi alarkən şirkət tərəfindən bildirilmişdi ki, kredit müqaviləsi başa çatdıqdan sonra texniki pasport heç bir ödəniş olmadan sakinlərə paylanılacaq. Hətta şirkət rəhbərliyi bu barədə bütün yaşayış binalarına bildirişlər paylamışdı. Bir müddət keçdikdən sonra Kristal Abşeron MTK şirkətinin ofisinə evin texniki pasportunu almaq üçün müraciət etdim. Məni orada Orxan adlı şəxs qarşıladı və bildirdi ki, texniki pasportu almaq üçün 300 ( üç yüz ) manat ödəməlisən. Mən ona bildirdim ki, axı şirkət tərəfindən təmənnasız olaraq texniki pasportlar verilir. O, isə mənə bildirdi ki, bu məbləğ mütləq şəkildə ödənilməlidir əks təqdirdə texniki pasport verilməyəcək. Bu zaman etiraz etməyə başladım və bildirdim ki, qanunsuzluğa əl atırsınız. Orxan adlı şəxs məni şirkətin direktoru Azər müəllimin yanına apardı və dedi nə etirazın var ona bildirərsən. Şirkətin direktoru guya mənə ürəyi yanır deyə qeyd etdi ki, əgər pulun yoxdusa hər ay 50 ( əlli ) manat ödəyərsən. Mən şirkət rəhbərliyinə bildirdim ki, bu pulu niyə ödəməliyəm axı siz bildirişlər paylamısınız ki, texniki pasportlar sakinlərə pulsuz veriləcək. O isə mənə gülümsəyərək, "bu müştərini cəlb etmək üçün bir variantdır cavan oğlan" dedi. Hətta əsəbi şəkildə bildirdi ki, get pulu düzəlt şirkətin rəsmisi Günay xanıma çatdır. Mən kor-peşman şirkət rəhbərinin otağından çıxıb evimə tərəf yollandım. Bir neçə gün keçmişdi ki, binanın komendatı qapımı döyməyə başladı və bildirdi ki, əgər pulu çatdırmasan evinin işığını kəsəcik. Mən ona bildirdim ki, mənim heç bir borcum olmadığı təqdirdə evimin işığını kəsmək qanunsuzluqdur və özbaşınalıqdır. O isə mənə cavabında bildirdi ki, dərdini sonra şirkət rəhbərinə deyərsən. Komendatın dediyi kimi oldu. Evimin elektrik enerjisini heç bir borcum olmadan kəsdilər. Mən şirkətin ofisinə yaxınlaşaraq, onların bu əməlinin qanunsuz və özbaşınalıq olduğunu dilə gətirdim. Hətta qeyd etdim ki, mənim yoldaşım hamilədir, sizin etdiyinin bu qanunsuzluğu Allah belə götürməz. Ofisdə mənə binanın komendatı Vüqar adlı şəxs bildirdi ki, şirkətin direktoru Azər müəllim bizə göstəriş verib, bizdə sənin işığını kəsmişik. 300 manat ödənilməsə işığın qoşulmayacaq. Mən şirkətin rəsmisi Günay xanıma dedim ki, bu barədə aidiyyatı qurumlara müraciət edəcəm və siz qanunsuz əməllərinizə görə cavab verəcəksiniz. O isə mənə bildirdi ki, get hara istəyirsən şikayət et, guya yuxarıda oturanlar bilmirlər biz 300 manatları niyə sakinlərdən yığırıq. Mən Günay xanıma bildirdim ki, "Kupça"-nın dövlət rüsumu nədirsə onu ödəyəcəm, sizin istədiyiniz məbləği ödənilməyəcək.
Şikayətçi müraciətində onu da qeyd edir ki, artıq neçə gündür evimiz işıqsız qalıb. Lakin şirkət rəhbə isə yoldaşımın hamilə olduğunu bilə-bilə Allahsızlıq edərək, bizi qaranlığa qərq edib.
Xalqxeber.Az redaksiyası olaraq məsələ ilə bağlı Kristal Abşeron MTK şirkətinin rəsmisi Günay xanımla əlaqə saxladıq. Günay xanım bizə bildirdi ki, bəli şirkət rəhbərliyi tərəfindən İbişov Rəşad Kamil oğlunun yaşadığı mənzilin elektrik enerjisinin kəsilməsi barədə göstəriş verilib. Çünki İbişov Rəşad ondan tələb olunan 300 ( üç yüz ) manat pulu ödəməkdən boyun qaçırır və bizim telefonlarımıza cavab vermir. Sizə görə mən göstəriş verərəm İbişov Rəşadın mənzilinin işığı qoşular amma ona deyin 300 manatı gətirib ödəsin.
Məsələni diqqətdə saxlayacağıq. Bizi izləyin.

Kristal Abşeron MTK vətəndaşı ölüm həddinə çatdırıb
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

    Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ...

    2-03-2021, 14:21

  • 
  • Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki... ÇOX PİS NƏTİCƏLƏR OLA BİLƏR

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına ...

    20-02-2017, 21:38

  • 
  • Tikinti şirkəti məhkəməyə verildi

    Tikinti şirkəti məhkəməyə verildi ...

    5-10-2015, 13:06

  • 
  • “Şərurlu İsfəndiyar”ın şirkəti ölüm mənbəyidir

    “Şərurlu İsfəndiyar”ın şirkəti ölüm mənbəyidir ...

    12-02-2013, 10:42

  • 
  • “Hermes-S” MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir

    “Hermes-S” MTK 6 ildir evlərini sökdüyü ailələrin ...

    21-11-2023, 21:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu