GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəbələdə müəmmalı ailə podratı

Qəbələdə müəmmalı ailə podratı

Tarix: 25-05-2016, 16:26 Bölmə :Ölkə Baxış: 0
Qəbələdə müəmmalı ailə podratı

Uzun illər Qəbələdə yerli İcra Hakimiyyətindən tutmuş, qızıl balıq yetişdirmə zavodunadək, rayonun irili-xırdalı əksər büdcə təşkilatlarının ehtiyaclarını ödəyən bir neçə şirkət bağlanma ərəfəsindədir.

«LƏĞV PROSESİNDƏDİR» QEYDİ NƏDƏN YAZILMAYIB?

Vergilər Nazirliyinin mətbu orqanında mart ayında dərc olunmuş məlumatda «Pastar», «Babadağ-2013», «RXE-09», «Exor-14», «Yeni-İnkişaf-2010», «Hünər-V», «Dəmiraparan-R», «Qala-S», «Abad-İnkişaf», «Şeyda-2009» MMC-lərin ləğvinə başlandığı bildirilirdi. Qanunvericiliyə görə, şirkətin ləğvi barədə məlumat ən azı 3 dəfə dərc edilməli, borcluların məlumatlandırılması, heç olmasa, 2 ay sürməlidir.

Sadalanan şirkətlərin ləğvinə hazırlıq işlərinin başlanmasından 2 ay ötsə də, təkrar bildirişlərə rast gəlinməyib. Elə Vergilər Nazirliyi kommersiya təşkilatlarının dövlət reyestrində də sözügedən şirkət adlarının qarşısında, qanunla tələb olunduğu kimi, «Ləğv prosesindədir» qeydi yazılmayıb. Niyəsi qaranlıq qalır, – ya şirkətlərin təsisçiləri fikirlərindən daşınıblar, ya da qeydiyyat orqanı bu işdə bir «əmma» tapıb. Bütün hallarda proses yarımçıq qalıb.

RƏFAİL RƏSULOV VƏ XANIMINA MƏXSUS ŞİRKƏTLƏR

Sadalanan şirkətlər rayon bazarının yiyəsi Rəfail Rəsulova və xanımına – 116 nömrəli Qəbələ Seçki Dairəsinin üzvü Xalidə Rəsulovaya məxsusdur. Bu şirkətlərin bağlanma səbəbi bilinmir. Eynən Qəbələ Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən qızları Vüsalənin onların biznes uğurlarındakı iştirak dərəcəsi də.

Ləğvinə qərar verilən şirkətlər 10 il öncə qurulmağa başlanıb. 2010-cu ilədək bu şirkətlərin nə işlə məşğul olduğu məlum deyil. Şirkətlərin korporativ saytları olmayıb. Üstəlik, heç biri heç nəyi nə istehsal, nə də idxal edib. Bu halda istər-istəməz sual doğur: Deməli, malları satın alan təşkilat onları 1-ci əldən deyil, vasitəçidən alıb? Bütün bunlar anlaşılmaz qala-qala, sözügedən şirkətlər təkcə 2010-2013-cü illərdə dövlət qurumlarına 1 milyon 195 min manat dəyərində ərzaq (o cümlədən ət və süd məhsulları), avadanlıq, tikinti materialı, dəftərxana gərəkləri, təsərrüfat malları, avtomobillərə ehtiyat hissələr və s. sata bilib.

Qəbələdə müəmmalı ailə podratı

MÜƏMMALAR SİLSİLƏSİ

Bu hələ harasıdır? Satınalmaların dövlət reyestrində qeydə alınan protokollara görə, Rəsulovlar ailəsinə məxsus şirkətlər çoxşaxəli fəaliyyət göstərib. Məsələn, «Yeni-İnkişaf-2010» şirkəti Qəbələ Müalicə Diaqnostika Mərkəzinə həm ərzaq satıb, həm də onların mətbəəlik işlərini görüb. Növbəti il bu şirkəti Rəsulovların bir başqa şirkəti («Babadağ-2013» MMC) əvəzləyib.

O da maraqlıdır ki, Rəfail Rəsulovun şirkəti yaratmasına dair qeydiyyat şəhadətnaməsi almağı ilə həmin şirkətin Qəbələ və ya Ağdaşda satınalma müqaviləsi bağlaması arasında çox qısa bir zaman keçib. Qəbələdə rayon İcra Hakimiyyəti və onun kənd nümayəndəlikləri, səhiyyə şöbəsi, mərkəzi xəstəxana, mədəniyyət və turizm şöbəsi, suvarma sistemləri idarəsi və başqa dövlət təşkilatları Rəsulovların gah bir, gah da digər şirkətinin xidmətindən yararlanıb.

Rəfail Rəsulov artıq başqa şirkətlər qurduğundan, 2013-cü ildən bəri sadalanan şirkətlərə rast gəlinməyib. O vaxtdan bu yana dövlət qurumlarıyla alış veriş işləri «İQO-10», «Qar-14», «Kanat-2014»,«Zəyli» və s. şirkətlər üzərindən aparılıb.

SORĞUSU CAVABLANMAYIB

Düzdür, Rəsulovlara məxsus və ləğvinə qərar verilən şirkət adlarına bir yerdə – dövlət satınalmalarının rəsmi reyestrində mütləq rast gəlmək olar. Axı dövlət təşkilatlarının rəqabət təməlində təşkil etməli olduğu satınalmalar üzrə bağladıqları müqavilə siyahısı 2010-cu ildən bəri ictimaiyyətə açıqlanır. Həmin vaxtdan 2013-cü ilədək sözügedən şirkətlərin adları siyahılarda 87 dəfə çəkilir.

Yuxarıda qeyd olunduğu kimi, Rəsulovların ailə üzvlərindən biri (Rəfail Rəsulovun qızı) Qəbələ rayon İH-də çalışır. AzadlıqRadiosu Qəbələ rayon İcra Hakimiyyətinə sorğu göndərərək, onun təşkil etdiyi satınalmalarda, «Dövlət satınalmaları haqqında» qanuna uyğun olaraq,əlaqəli şəxslərlə münasibətlərin olması ehtimalının və eyni şəxsə məxsus müxtəlif şirkətlərin qalib elan edilməsinin araşdırılıb-araşdırılmadığıyla maraqlanıb. O da soruşulub ki, satınalmaların təşkili zamanı ixtisas uyğunluğu, maddi-texniki imkanlar, kadr potensialı yoxlanılırmı?

Rayon icra hakimiyyəti sorğuya cavab verməyib. Şirkətlərə rəhbərlik edən Arzu Fazil oğlu Səlimov və Elxan Hidayət oğlu Şeydayev də şirkətlərin nədən ləğv edildiyi barədə sualı cavablamaqdan yayınıblar.

HƏLƏ BAŞQALARI DA VAR

Rəsulovların «şirkət boğçasında» yuxarıda adı çəkilənlərdən başqaları da var. 2009-cu ilin yanvarında yaradılan bir çox şirkətlər ləğv edilənlər sırasına qatılsa da, çoxsaylı tenderlərdə qalib elan edilən «Mçux» və «QRO-010» MMC-lər eyni aqibətlə üzləşməyiblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Eldar Mahmudova məxsus şirkət LƏĞV OLUNUR

    Eldar Mahmudova məxsus şirkət LƏĞV OLUNUR ...

    4-05-2021, 16:21

  • 
  • 5 xarici şirkət ölkəni tərk edir

    5 xarici şirkət ölkəni tərk edir ...

    5-08-2016, 00:34

  • 
  • Əli Həsənovun ailəsinə məxsus altı şirkət ləğv olunur

    Əli Həsənovun ailəsinə məxsus altı şirkət ləğv ...

    13-01-2021, 13:57

  • 
  • Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC İDDİA

    Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC ...

    14-01-2021, 11:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu