Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
gundemxeber.az-ın musavat.com-a istinadən məlumatına görə, Şirvani küçəsində “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyada, 48 yaşlı Aybəniz Abdullayevanı vurub. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadanın vəziyyətinin orta ağır olduğunu bildiriblər. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?