Bakı-Şamaxı yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Şamaxı şosesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. "Opel" markalı minik avtomobili yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Abbasov İlkin Bəylər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Fakt araşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?