Təlim plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilib. Türkiyənin Konya şəhərində "Anadolu Qartalı – 2016” beynəlxalq təlimi keçirilir.
gundemxeber.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbihava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?